İQTİSADİYYAT
® “Rolls-Royce” yeni qatlanan oturacaq “Pursuit” aksesuarını təqdim edir
“Əsl bir ingilis məhsulu yaratmaq üçün Sir Henry Roycenin “Nəyinsə ən yaxşısını götür və daha da təkmilləşdir” aksiomuna müraciət etdik. “Rolls-Royce”un ən yüksək həssaslıq və sərtlik standartlarına uyğun gətirilən, lakin orijinal konsepsiyaya sadiq olan “Pursuit” qatlana bilən oturacaq müasir dünya üçün tamamilə yenidən düşünülüb. Artıq müştərilərimiz peşələrindən və yerləşmələrindən asılı olmayaraq bir “Rolls-Royce” rahatlığından həzz ala bilərlər.
Biz müştərilərimizin həyat tərzinə uyğun olan aksesuarlar yaratmağa çalışırıq. “Bespoke” atelyesinin bütün məhsulları kimi, “Pursuit” qatlanan oturacağının hər bir elementi diqqətlə düşünülüb, sonra isə əl ilə ən yaxşı materiallardan hazırlanıb. “Rolls-Royce” avtomobillərində olan karbon lif, cilalanmış alüminium və dəri birləşməsi ustalıqla işlənmiş sənətkarlıq nümunəsidir”, - deyə “Rolls-Royce Bespoke” dizayneri Metyu Danton bildirib.
“Rolls-Royce” avtomobillərində olduğu kimi, aksesuarların dizaynında yalnız ən yaxşı materiallardan istifadə olunur. “Pursuit” qatlanan oturacaqda əsas dayaq karbon lifindən və cilalanmış alüminiumdan hazırlanıb ki, bu da möhkəmliyin və ağırlığın optimal nisbətini təmin edir. Hündürlüyün tənzimlənməsi imkanı isə maksimum rahatlığı təmin edir.
Əgər siz açıq səma altında teatra gedəcəksinizsə və ya avtosport tədbirinə baş çəkəcəksinizsə, dəri oturacağının xarici hissəsində ayrıca cib biletlərin saxlanılması üçün etibarlı yer olacaq. Şou daha uzun çəkərsə, oturacaq cibində qaranlıqda avtomobilinizə qayıtmağa imkan verəcək incə “RR monogramlı” alüminium örtüklü fənər var.
Oturacaq ən yaxşı “Rolls-Royce” dərisindən hazırlanıb və “Spirit of Ecstasy” damğası ilə bəzədilib. Müştərilər avtomobil salonuna uyğun zəngin bir xüsusi dəri tonu palitrası arasından seçim edə bilərlər.
“Pursuit” qatlanan oturacaq, həmçinin avtomobilin #Effortlesseveryhere kredosunu əks etdirən “Cullinan Recreation Module” əyləncə modulu ilə mükəmməl uyğun gəlir; oturacağın kompakt ölçüləri, zərif dəri örtüyü ilə birlikdə istənilən “Rolls-Royce” avtomobilinə rahat və demək olar ki, görünməz şəkildə yerləşdirilməsinə imkan verir.
“Pursuit” qatlanan oturacaq dünyanın bütün “Rolls-Royce” diler mərkəzlərində əldə edilə bilər.