İQTİSADİYYAT
® Sevdiyiniz “BirKart” indi “Birbank” kartı oldu
“Kapital Bank” “BirKart”ın rebrendinqini həyata keçirdi. Artıq “BirKart” məhsulu müştərilərə “Birbank” kartı kimi təqdim ediləcək. Tam yeni dizaynlı “Birbank” debet və taksit kartları 3 növdə olacaq – “Cashback”, “Umico” və “Miles”. Yeni kartlar “BirKart”ın bütün üstünlüklərini özündə cəmləşdirməklə yanaşı yeni özəlliklərə də malikdir.
Bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank” “Cashback” kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək keşbek, “Birbank Umico” əlavə “Umico” bonusları, “Birbank Miles” isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin “Birbank Miles” və “Birbank Umico” kartları ilə ay ərzində 4000 manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. “Birbank” taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.
Qeyd edək ki, “Birbank” kartı 2016-cı ilin əvvəlində “BirKart” adı ilə istifadəyə verilib və qısa müddət ərzində insanların rəğbətini qazanmışdı. Hazırda “Birbank” kartı Azərbaycanın taksit kartlar bazarında 60 faiz paya sahibdir. “Birbank” kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün “https://birbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999-81-96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.