İQTİSADİYYAT
® “Severstal” neft-qaz bazarı və Azərbaycanın infrastruktur layihələri üçün həllər təklif edir
"Severstal" şirkəti Bakıda 27-ci "Beynəlxalq Xəzər neft və qaz" sərgisində iştirak edir. Şirkət yanacaq-enerji sektoru, yol-nəqliyyat infrastrukturu, liman, sənaye və energetika tikinti obyektləri üçün kompleks həllər təqdim edir. "Severstal" böyük diametrli borular, metal konstruksiyalar, metizlər, DTQ istehsal edən zavodların tikintisi üçün Cryonix kriogen poladından məhsulların unikal xətti də daxil olmaqla geniş məhsul çeşidini təklif edir.
Şirkət fasiləsiz olaraq poladın istismar xüsusiyyətlərinin yüksəlməsi və sifarişçilərin tələbatına uyğun yeni innovasiya materiallarının yaradılması üzərində işləyir. Stenddə nümayiş etdirilən əsas məhsullar sırasında xüsusi şəraitdə istifadə üçün nəzərdə tutulmuş aşağıda göstərilən böyük diametrli borular vardır: zərərli mühitin təsirinə davamlı olan korroziyayadavamlı BDB; yüksək yük və deformasiya səviyyəsinə davam edən və yüksək istismar etibarlılığına malik olan Deformax brendli yüksək deformasiya qabiliyyətli BDB; dəniz neft platformalarının və yeraltı qazma komplekslərinin tikintisi üçün metal borular.
"Severstal" obyektin layihələndirilməsinin, metal məhsulların, onların bazasında məmulatların və həllərin istehsalının və tədarükünün daxil olduğu kompleks həlli, habelə sifarişçinin fərdi tələbatları nəzərə alınmaqla məhsulların və xidmətin uyğunlaşdırılmasını təklif edir. "Severstal"ın energetika şirkətləri və infrastruktur layihələri ilə iş üzrə direktoru Dmitri Qoroşkov deyib: "Müasir metallurgiya bazarı qlobal transformasiyadan keçərək məhsulların, xidmətlərin və texnologiyaların sinerjisini nəzərdə tutan 4.0 sənayesinə doğru gedir. Biz tərəfdaşlarımızı daim yüksək keyfiyyətli məhsulla təmin edirik, lakin bazarın reallığı bizdən, həmçinin logistika, mühəndis və texnoloji həllər sahəsində ən yaxşı ekspertizanın təmin edilməsini tələb edir və biz də onları sərginin qonaqlarına nümayiş etdirməyə hazırıq".
Şirkət BDB, metal boru və metiz məhsulları istehsalında, sənaye obyektlərinin layihələndirilməsində və binalar və qurğular üçün metal konstruksiyaların layihələndirilməsində və istehsalında böyük təcrübəsi olan öz aktivləri sayəsində bütün zəruri ekspertizalara malikdir.
"Severstal" həm Rusiya layihələrinə, həm də xarici layihələrə geniş tədarük təcrübəsinə malikdir. Şirkət üçün ən perspektivli regionlardan biri MDB məkanıdır, burada Xəzər regionunun yataqlarının təminatına aparıcı neft-qaz korporasiyalarının sərmayə qoyması və qaz-nəqliyyat sistemlərinin müasirləşdirilməsi sayəsində dayanıqlı artım müşahidə olunur. MDB ölkələrinin bazarlarında neft-qaz sektoru üçün yalnız BDB-yə orta illik tələbat təxminən 500 min ton təşkil edir.
O cümlədən şirkət Azərbaycan bazarında müştərilərlə əlaqələr yaradır. Olimp Engineering Services şirkətinin satınalmalar üzrə aparıcı mütəxəssisi Murad Süleymanov qeyd edib: "Severstal"dan riflənmiş təbəqə poladın satın alınması SOCAR dövlət neft şirkəti, o cümlədən Neft Qaz Tikinti tresti üçün açıq tender prinsipi ilə həyata keçirilib. "Severstal"ın mütəxəssisləri üç mərhələli tədarük sxemini təklif etdilər. Bizim Rusiyadakı tərəfdaşımız tədarükü tam həcmdə vaxtında yerinə yetirdi. Müştəri məhsulun keyfiyyətindən tamamilə məmnundur”.
«Severstal» PSC — müştəriləri və tərəfdaşları ilə birlikdə poladdan yeni məhsullar və həllər yaradan vertikal-inteqrasiya etmiş dağ-mədən-metallurgiya şirkətidir. Şirkətin istehsalat aktivləri Rusiyada cəmlənmişdir. Aksiyalarla ticarət Moskva birjasında (tiker «CHMF») və London fond birjasında (tiker «SVST») aparılır. 2021-ci ildə şirkətin gəliri $11,6 milyard təşkil etmiş, EBITDA $6 milyarda çatmışdır. 2021-ci ildə 11,6 milyon ton polad istehsal edilib. www.severstal.com