İQTİSADİYYAT


® “Severstal” şirkəti “Xəzərin nefti və qazı” sərgisində öz stendinə dəvət edir

İyunun 1-dən 3-dək Bakıda 27-ci Beynəlxalq “Xəzərin nefti və qazı” (Caspian Oil & Gas) sərgisi keçiriləcək. Neft-qaz sahəsində etibarlı tərəfdaş olan “Severstal” şirkəti həmkarlarını həmin sərgidə öz stendinə dəvət edir.

“Severstal” şirkətinin əsas müştəriləri – fəaliyyəti neft və qazın hasilatı, nəql edilməsi və emalı ilə bağlı olan müəssisələr və mütəxəssislərdir. Şirkət bazarda gözləntiləri əsas götürərək, öz stendində innovasiyalı məhsulları təqdim edir, o cümlədən:

• korroziyaya davamlı, böyük diametrli borular;

• yüksək deformasiya qabiliyyətli böyük diametrli “Defomax” boruları;

• “Kolçuqa” boruları üçün xarici qoruyucu örtük;

• dəniz platformaları və sualtı hasilat kompleksləri üçün təbəqə şəkilli metal prokat və sair.

“Severstal” şirkətinin mütəxəssisləri qarşılıqlı fəaliyyətə həmişə hazırdırlar. Onlar sizə şirkətin layihələrində reallaşdırılmış təkliflərin üstünlükləri və perspektivli araşdırmalar barədə məlumat verəcəklər. Şirkətin stendinin qonaqları region bazarının effektiv inkişafı üçün konstruktiv dialoq aparmaq və gözləntiləri müzakirə etmək imkanına malik olacaqlar.

Stend genişmiqyaslı “Made in Russia” ekspozisiyasında fəaliyyət göstərəcək.

Beynəlxalq “Caspian Oil & Gas” sərgisi hər il keçirilən iri tədbirdir. Burada neft, qaz və energetika məhsullarının dünya üzrə aparıcı istehsalçıları, tədarükçüləri və istehlakçıları, habelə tədqiqatçılar, nazirlik və idarələrin rəhbərləri görüşür. Sərginin və konfransın iştirakçıları siyahısında dünyanın neft və enerji sektorunun aparıcı şirkətləri var. Sonuncu dəfə 2019-cu ildə keçirilmiş “Xəzərin nefti və qazı” sərgisinin ziyarətçiləri arasında 34 dövlətin nümayəndələri vardı. Ənənəyə görə, “Caspian Oil & Gas” sərgisinin iştirakçılarının sayına görə reytinq cədvəlində ilk yerləri Rusiya tutur, onun ardınca İran, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.