İQTİSADİYYAT


® “She’s Mercedes” qlobal təşəbbüsü çərçivəsində tədbir keçirilib

“Dinamo Hotel Baku”da “Mercedes-Benz” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı olan “AvtoKapital Azərbaycan” şirkəti tərəfindən “Daimler AG” baş nümayəndəliyinin irəli sürdüyü “She’s Mercedes” qlobal təşəbbüsü çərçivəsində tədbir keçirilib.

“She’s Mercedes” dünyanın bir çox ölkələrində alman avtomobil sənayesi məhsullarının təqdim etdiyi keyfiyyət və rahatlığı yüksək qiymətləndirən, buna sahib olan çoxsaylı xanımları birləşdirən bir platformadır.

“She’s Mercedes” platformasında qadınlar bir-biri ilə ünsiyyət qura, ideyalarını və təcrübəsini bölüşə, yeni məlumatlar öyrənə bilərlər. “She’s Mercedes” təşəbbüsü çərçivəsində avtomobilin idarə edilməsinə dair xüsusi olaraq xanımlar üçün hazırlanmış yeni təkliflər irəli sürülür.

“She’s Mercedes” təşəbbüsü xanımların əksər insanların təsəvvür etdiyi bacarıq çərçivəsini genişləndirir.

Tədbirin tərəfdaşları “Delonghi”, “Patchi”, “Acqua Retems Group”, “Marengo”, “Sabina Perfumery&Cosmetics”, “Royal Fur Gallery”, “SHE BAKU Fitness” və “Wellness” şirkətləri olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.