CƏMİYYƏT


® Sirac Bəyalizadə: İnfluenser olaraq sosial mediada tez-tez diqqət mərkəzinə düşürəm

Son zamanlar dünyanın nüfuzlu dəb brendləri ilə əməkdaşlığa başlayan tanınmış influenser və iş adamı Sirac Bəyalizadə ilə həmsöhbət olduq. Həm sosial mediada, həm də iş dünyasında uğur qazanan Sirac Bəyalizadə suallarımızı cavablandırdı.

- Sosial şəbəkədə influenser kimi kifayət qədər geniş auditoriyaya sahibsiniz və sizin postlarınız böyük maraqla qarşılanır. Necə oldu influenserlik sahəsinə gəldiniz? Hər şey necə başladı?

- İlk olaraq onu deyim ki, 2011-ci ildə mənə nüfuzlu geyim brendindən reklam təklifi gəldi və mən onu qəbul etdim. Uğurlu çəkilişlərdən sonra böyük markalar mənimlə əməkdaşlıq etmək istədilər və elə uğurlu fəaliyyətim məhz bundan sonra başladı. İnfluenser olaraq sosial mediada kifayət qədər fəalam, maraqlı kontent yaratdığım üçün tez-tez diqqət mərkəzinə düşürəm.

- Məsələn, hansı postlar insanları daha çox maraqlandırır? Hansı mövzulara toxunursunuz?

- Əsasən maarifləndirici postlar paylaşmağa çalışıram. Əməkdaşlıq etdiyim markalardan postlar bölüşən zaman onlar haqqında dolğun məlumat da yazıram. İzləyicilər paylaşdığım postları maraqla qarşılayırlar və çox bəyənirlər. Gündəlik həyatımdan da maraqlı anları və hadisələri sosial media hesabımda paylaşıram. İndiki zamanda bu influenser üçün çox vacibdir.

- İnfluenserlik ilə yanaşı, həm də iş həyatınızda da uğurlarınız var. Bir neçə beynəlxalq layihənin direktoru olmusunuz. Onlar hansı layihələrdir?

- Bəli, doğru dediniz. Hazırda mən "Reputation Inc." şirkətinin icraçı direktoru olaraq komandamızla bir çox beynəlxalq layihələri Azərbaycanda uğurla təşkil edirik. Bunlar arasında "Global Woman Awards", "Global Healt Awards", "Golden People Awards" kimi layihələr yer alır. Hər birində xaricdə qatılan iştirakçılar olur. Layihələrimiz çərçivəsində ölkəmizə tanınmış influenserlər, iş adamları, tanınmış simalar səfər edirlər. Onlar ölkəmizin tarixi, mədəniyyəti və milli mətbəxi ilə tanış olurlar.

- Gələcək planlarınız nədən ibarətdir?

- Gələcək ilə bağlı planlarım arasında həm iş, həm də dəb sektorunda reallaşdıracağım layihələr və görəcəyim işlər çoxdur. Bir neçə işgüzar səfərimdə olacaq. Bu barədə isə yaxın zamanlarda məlumat verəcəyəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.