İQTİSADİYYAT


® “TamGənc” kartı ilə gəncliyini TAM yaşa

Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin “TamGənc” kartının üstünlüklərindən, cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən, müxtəlif güzəştlərdən yararlanmaq imkanı var.

Yeni “TamGənc” kartı sahibləri ölkədaxili kartlara 2 min AZN-dək köçürmə və ölkədaxili ATM-lərdə 5 min AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər.

Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6 faizədək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və geyim mağazaları, yanacaq doldurma məntəqələrində alış-veriş zamanı keşbek əldə etmək mümkündür. Bir sıra məkanlarda isə “TamGənc” kartı ilə ödəniş zamanı keşbek qazancı 5 faizdir. Bura kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətindən istifadə və musiqi platformalarında aparılan ödənişlər aiddir.

18 yaşını qeyd edən gənclər üçün isə daha bir sevindirici məqam var. Belə ki, həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün ərzində “TamGənc” kartı məhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər.

“Gəncliyini Tam Yaşa!” şüarı ilə buraxılan yeni “TamGənc” kartı məhsulu öz üstünlükləri ilə gənclərin aktiv həyat tərzinə xitab etməklə onların asan və rahat bankçılıq xidmətlərindən yararlanması üçün nəzərdə tutulub.

“TamGənc” kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya “ABB Mobile” tətbiqi ilə mümkündür.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, “www.abb-bank.az” internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.