CƏMİYYƏT
® “Təxribat” yoxsa inqilab?
Artıq bir neçə gündür ki, əvvəllər görünməmiş, bir tərəfdən olduqca təəccübləndirən, digər tərəfdən isə sevindirən bir hadisənin şahidlərinə çevrilmişik. İnternet məkanında, sosial şəbəkələrdə və radioda avtomobil sahibləri arasında məşhur olan tanınmış sığorta brendi “Kasko Butik” tərəfindən maraq doğuran və reklam dili ilə desək “təxribat xarakterli” çarx buraxılıb və çarx ciddi rezonansa səbəb olub. Marağa səbəb olan isə reklamın məzmunu, daha doğrusu reklamdakı xanım qəhrəmanın avtomobil sahibinə verdiyi incə sualdır. Ancaq, aydınlaşdıra bildik ki, ssenari müəllifləri məhz elə bu nəticəyə nail olmaq istəyiblər. Çünki, həmin kampaniyada elan edilənlərin də bu günədək analoqu olmayıb, ona görə də belə bir yanaşmaya haqq qazandırmaq olar. İndi isə gəlin kampaniyanın özündən danışaq: “Kasko Butik” “Super abunə” adlandırılan yeni tarif planını elan edir, hansı ki, il ərzində hər ay cəmisi 22 manatdan ödəməklə kasko almağa imkan yaradır. Azərbaycanda kasko üçün orta bazar qiymətini nəzərə alsaq, həqiqətən də inanılmaz dərəcədə əlçatmaz şərtlərdir. Baxmayaraq ki, “Kasko Butik” elə ilk gündən öz məhsullarını əlçatan qiymətlərlə təqdim edib. Marağa səbəb olan məsələ isə ikimənalı “Qorunursan..?” (müdafiə olunursan, ehtiyat edirsən?) sualı olub.
Yuxarıda da xatırlatdığımız kimi, ssenari müəllifləri bu sözü bilərəkdən istifadə ediblər, çünki, onun mənası birbaşa sığortanın mahiyyətini əks etdirir. Sığortalı olmaq maddi baxımdan qorunmaq deməkdir. Lakin, intriqa yaradan mətndən istifadə edilməsi isə onun daha geniş auditoriyaya yayılması məqsədilə edilib. “Kasko Butik” isə hər zaman olduğu kimi bunu qeyri-standart və kreativ yolla edib.
Bizim fikrimizə görə, bu inqilabdır. Birincisi ona görə ki, indi demək olar ki, hər bir avtomobil sahibi “Kasko Butik”in mobil tətbiqini yükləməklə və “Super abunə” tarifinə qoşulmaqla, büdcəsinə zərər vurmadan özünə kasko ala bilər. İkincisi, çox sayda kasko sahibi öz avtoəmlaklarını maddi cəhətdən qoruyan çox sayda insan deməkdir. Bu isə insanların, xüsusilə də avtomobil sahiblərinin ümumi ictimai sosial qeyri-stabilliyini tənzimləməklə, onlarda psixoloji gərginliyi kütləvi şəkildə azaldacaqdır. Və nəhayət inqilabdır ona görə ki, bütün bunların hamısı “Google Play Market”dən və “AppStore”dan rahat “Kasko Butik” mobil əlavəsini yükləməklə müştərilərə öz müqavilələrinə və balanslarına nəzarət etmək imkanı yaradacaq. Hər şey elektron şəkildə və mobil olaraq, heç bir bürokratiyasız.
Avtosığortada bu günədək belə bir şey olmayıb.
1. Beləliklə aşağıdakı linkə keçid edirik: http://onelink.to/kaskoapp
2. Qaydalarla tanış oluruq, “Google Play Market” və ya “AppStore”dan “Kasko Butik” mobil əlavəsini yükləyirik,
3. Öz ölçümüzü, daha sonra isə “Super abunə” tarif planını seçirik və alırıq. Vəssаlam.
“Kasko Butik” ilə tanış olmayanlara məlumat verək ki, bu avto sığortada bir fenomendir. Bazarda olan vəziyyəti köklü şəkildə dəyişməyi qarşısına məqsəd qoyan brend 2 il öncə könüllü kasko sığortası (icbaridən fərqli olaraq, avtomobil sahibinin öz zərərini ödəyən) üzrə ölçülər şəklində - S, M, L, XL adlı unikal məhsullar buraxıb. Hər bir ölçünün sabit qiyməti və sığorta təminatı məbləği var. Məsələn, S - qiyməti: 222 manat, təminat məbləği: 2222 manat; M- qiyməti: 333 manat, təminat məbləği: 3333 manat və sair.
Belə ölçülərin yaradılması ideyasının kökündə bir statistika dayanırdı – 97 faiz hallarda avtomobilə dəyən zərər 5000 manatdan çox olmur. O zaman daha çox ödəməyin mənası varmı? Öz sürücülük tarixini bilən və sürücülük təcrübəsinə malik olan insan asanlıqla özünə uyğun ölçünü seçə bilər. Ölçülər avtomobil sahibinin qarşılaşacağı bütün mümkün hadisələrə təminat verir və əlavə olaraq da faydalı və rahat bonuslar təklif edir. Bu bonuslar istehlakçılar üçün olduqca maraqlıdır (misal üçün, ödənişsiz evakuasiya, taksi və sair), həmçinin bürokratiyanın olmaması bizim müasir və sürətli axan həyatımızda olduqca əhəmiyyətlidir. Lakin, brendin əsas üstünlüyü müştərilərə olan dürüst münasibət, keyfiyyət və sürətli xidmətdir. Müştərilərin zərərlərini qısa müddətdə qiymətləndirməyə imkan verən və inanılmaz 59 dəqiqə ərzində zərərini ödəyən patentləşdirilmiş #HAMIDANTEZ texnologiyasını xatırlatmaq kifayətdir. Hazırda isə rekord - 24 dəqiqədir. Məhz bu səbəbdən “Kasko Butik”də müştəri məmnuniyyəti reytinqi 99 faizdir. Bunları, eyni zamanda, digər maraqlı məsələləri “Kasko Butik”in “Facebook” səhifəsinə daxil olaraq: https://www.facebook.com/kaskobutik və ya *2222 nömrəsi ilə 24/7 müştəri dəstək mərkəzinə zəng edərək öyrənə bilərsiniz. Sizcə də inqilab deyil?