İQTİSADİYYAT
® “Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın
Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir. “Umico” bonus proqramının eksklüziv telekom tərəfdaşı olan “Azercell” adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq imkanı yaradır. Sentyabrın 3-dən etibarən “Umico” istifadəçisi olan “Azercell” fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0,7 faiz məbləğində keşbək əldə edir. Bonuslar “MilliÖN” terminalları və internet saytı, “Modenis”, “Expressbank”, “Smartpay” terminalları, “PaySis”, “Goldenpay”, “Azerikard” internet saytları, “ABB” ATM-ləri, “Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.
Qeyd edək ki, istifadəçilərə “Umico”nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq və topladıqları keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti verilir. “Azercell” abunəçiləri toplanan bonusları “Umico” mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər.
Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin mayından etibarən “Azercell” mağazalarından alınan smartfon və aksesuarlar üçün 3,5 faiz və 7,5 faiz dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.
“AppStore” və ya “PlayStore”dan “Umico” mobil tətbiqini yükləyin və bu fürsətdən yararlanmağa tələsin.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.