CƏMİYYƏT


® VEYSƏLOĞLU ASAN könüllülərinə dəstək göstərdi

Azərbaycanda koronavirus pandemiyası dövründə 1000-dən artıq ASAN könüllüsü fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət edir.

Veysəloğlu Şirkətlər Qrupu könüllülərə korporativ sosial məsuliyyət layihələri çərçivəsində dəstək göstərib.

Şirkətlər Qrupuna daxil olan “ULDUZ” şokolad fabriki çimərlik ərazisində fəaliyyət göstərən yüzlərlə ASAN könüllüsünə 2000 ədəd "Tango" şokoladı hədiyyə edib.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlayan “ULDUZ” şokolad fabriki “Milli brend” statusunu daşıyır.

“ULDUZ” markalı məhsullar hazırda 20-yə yaxın ölkəyə - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixrac olunur.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə də dəstək xarakterli layihələrini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.