CƏMİYYƏT


® “Veysəloğlu”: “Əməkdaşların iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir”

“Veysəloğlu” şirkəti əməkdaşlarının iş saatı və əməkhaqqı ilə bağlı yayılan məlumatlara münasibət bildirən açıqlama yayıb. Açıqlamada deyilir: “Son günlər bəzi xəbər saytlarında “Veysəloğlu” şirkətində çalışan əməkdaşların iş saatı və əməkhaqqı ilə bağlı tirajlanan iddialar tamamilə əsassızdır.

“Veysəloğlu” 25 ildən artıqdır ki, ərzaq və qeyri-ərzaq məhsullarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan aparıcı şirkətlərdən biridir.

Ölkənin aparıcı qida şirkətlərindən və qeyri-neft sektorunda mühüm işəgötürən müəssisələrdən olan “Veysəloğlu” əməkdaşlar ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesində daim Korporativ idarəetmə prinsiplərinə uyğun hərəkət edir, şirkət əməkdaşları əmək bazarında rəqabətə davamlı əməkhaqları ilə təmin olunur və iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir”.

Şirkət kütləvi informasiya vasitələrindən bu kimi xəbərləri yayımlamadan öncə şirkətin mövqeyinin öyrənilməsini xahiş edir. -0-EA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.