Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® Veysəloğlu Şirkətlər Qrupu məşhur alman brendini ölkəmizə gətirdi

Sağlamlıq və şəxsi qulluq məhsulları yeni açılan “Rossmann” mağazalarında təqdim edilir

Pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başladı. “Veysəloğlu-Rossmann” şirkətini yaradan Qrup ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. Həmsöhbətimiz “Veysəloğlu-Rossmann” şirkətinin rəhbəri Aydan İsmayılovadır.

- Aydan xanım, alman markası olan “Rossmann”ı ölkəmizə gətirmək fikri necə yarandı?

- Xarici ölkələrə səyahət etmiş həmvətənlərimizin əksəriyyətinə, eləcə də mənə “Rossmann” markası çoxdan tanış idi. Mən özüm də hər imkanda, olduğum şəhərdə yaxınlıqdakı “Rossmann” mağazasını tapır və oradan sevdiyim məhsulları alıb özümlə Bakıya gətirirdim.

Veysəloğlu Şirkətlər Qrupu olaraq, pərakəndə bazarında 10 ildən çox təcrübəmiz sayəsində istehlakçıların düşüncə və davranışlarını daim izləyirik. Bu isə bizə imkan verir ki, yeni istiqamətlər haqqında düşünək. Düşündük və istehlakçılara bu dəfə marketçilikdən fərqli bir seqmentdə xidmət göstərməyə qərar verdik. “Rossmann” brendini ölkəmizə gətirdik ki, artıq real alman keyfiyyəti yalnız xaricə səfər edənlərə deyil, hər kəsə əlçatan olsun.

- “Rossmann” haqqında bir neçə kəlmə ilə nə deyə bilərsiniz?

- Bir neçə kəlmə ilə bu markanın tarixçəsindən danışım. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulmuşdur. Həmin dövrə kimi Almaniyada qiymətlər dövlət tərəfindən tənzimlənirdi. Qiymət tənzimlənməsi aradan qalxdıqdan sonra gənc Rossmann öz şirkətini yaratdı, çünki artıq müştərilərə büdcələrinə uyğun münasib qiymət təklif edə biləcəkdi. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal və özəl brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

- Avropada istehsal olunan məhsul dedikdə, insanlar bu məhsulun baha olacağını düşünə bilərlər. Bəs, əslində, necədir?

- Belə düşünməkdə haqlı ola bilərlər. Avropa istehsalı olan məhsullar dedikdə, ilk ağlımıza gələn yüksək qiymətdir. Bunun da səbəbi brend markaların illər boyu sübut olunmuş yüksək keyfiyyət amilidir. “Keyfiyyətli məhsul mütləq bahalı olmalıdır” klişe düşüncəsini “Rossmann” mağazalar şəbəkəsi çoxdan aradan qaldırıb.

Sizə maraqlı bir faktı deyim. Ümumiyyətlə, Almaniyada kosmetika, gigiyena və sağlamlıq məhsulları digər ölkələrlə müqayisədə daha münasib qiymətədir və şübhəsiz ki, keyfiyyətlidir. “Rossmann”a gəlincə, burada 29 özəl markanın (private brand) 450-dən çox brendi istehlakçılara təqdim olunur. Bu isə o deməkdir ki, brendinq xərcləri yüksək olmayan və beləliklə, münasib qiymətə müştəriyə təklif edilə bilən məhsullara mağazada geniş yer verilib. Uzun sözün qısası, artıq alıcılarımız geniş çeşiddə yüksəkkeyfiyyətli məhsulları mümkün uyğun qiymətə ala biləcəklər.

- Mağazalarınızda yalnız “Rossmann” brendinə məxsus mallar əldə etmək olar, yoxsa, başqa markaların məhsulları da satılır?

- Hazırda “Rossmann” mağazalarında iki növ məhsul təqdim edirik: 1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları – bu məhsulların qiyməti bazardakı qiymətlə eynidir; 2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – bu məhsullar da münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s. mağazalarımızın təqdim etdiyi məhsul çeşidi və rahat alış-veriş təcrübəsi, yəni eyni anda, eyni məkanda bir sıra məhsulları əldə etmək imkanı hər kəs üçün göydəndüşmə fürsət ola bilər. Əvvəllər yalnız xaricdən ala bildikləri məhsullar müştərilərimiz üçün indi daha əlçatandır.

- Deyilənə görə, “Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır. Bu, həqiqətdirmi?

- Tamamilə doğru məlumatdır. Unutmamalıyıq ki, heyvanlar dünyaya öz həyatlarını yaşamaq üçün gəliblər, bizə xidmət etmək üçün deyil. Onlardan istifadə etmək və onları istismar etmək yolverilməzdir. “Rossmann” heyvanlar üzərində təcrübə aparılmasının qəti əleyhinədir və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Məhsulların heç birinin istehsal mərhələsində heyvanlardan subyekt kimi istifadə etmirik və istifadəsinə icazə vermirik. Məhsullarımız yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir. Heyvan testlərindən qaçmaq üçün biz həmişə sübut edilmiş və təsdiqlənmiş inqrediyentlərə üstünlük veririk.

- Avropa istehsalı olan məhsullar haqqında yerli alıcılarımıza məsləhət vermək üçün satıcılarımız nə qədər hazırlıqlıdırlar?

- Hər bir şirkətin sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işini sevən insan resurslarıdır. Biz də rəqabət üstünlüyümüzü əməkdaşlarımızın peşəkarlığında və inkişafa açıq şirkət mədəniyyətimizdə görürük. “Rossmann” heyəti olaraq, mağazalarımızda çalışan əməkdaşlara xüsusi təlimlər keçirik. Təlim proqramına məhsullar haqqında ətraflı məlumat, məsələn, məhsul tərkibinə daxil olan maddələr, onların hazırlanmasının xüsusi texnika və texnologiyası daxildir. Xüsusilə vurğulayım ki, “Rossmann”ın bir sıra məhsulları beynəlxalq sertifikatlara layiq görülüb. Bu sertifikatlar bir daha sübut edir ki, məhsullarımız keyfiyyətli və təhlükəsizdir. Qalır müştəriyə ehtiyacına uyğun məhsulu seçməkdə kömək etmək. Təlimdə əməkdaşlarımız məhsul seçimi prosesində müştərilərə lazımi tövsiyələr vermək üçün dərinin xüsusiyyətləri, qulluq növləri və digər biliklər əldə edir. Təbii ki, bütün bunların mərkəzində müştərilərə doğru xidmət qaydaları dayanır.

- Aydan xanım, siz özünüz “Rossmann” brendinə məxsus hansısa məhsuldan istifadə edirsinizmi?

- Təbii ki... Mən deyərdim ki, Isana markasına aid bir sıra, xüsusilə də üz və bədən qulluğu məhsullarından sevərək istifadə edirəm. Yay fəsli olduğu üçün günəş şüalarına qarşı SunOzon mənim və ailə üzvlərimin əvəzolunmaz məhsullarıdır. Məişətdə təmizlik üçün seçimim isə Domol məhsulları, yumşaldıcı və təmizləyici spreyləridir.

- “Rossmann” mağazalarını şəhərin hansı nöqtələrində tapmaq olar?

- Mağazalarımız təşkilati quruluşuna görə şəhərin istənilən guşəsində açıla bilər. İlk mağazamız Bakının “İnşaatçılar” metro stansiyasının yaxınlığında açıldı. Növbəti mağazamız isə Bakı Dövlət Universitetinin yaxınlığında müştərilərin ixtiyarına verildi. Amma biz bununla kifayətlənmirik. Yeni mağazaların açılışı məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində uyğun məkan axtarışlarımız davam edir. Çalışırıq ki, insanlara daha yaxın və əlverişli yerləri seçim edək. Axı, bu markanı Azərbaycana gətirmək bəs deyil, onu həm də ən uyğun yerlərdə istehlakçılara təqdim etmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir