CƏMİYYƏT


® Veysəloğlu Şirkətlər Qrupuna aid müasir Logistika Mərkəzi 200 yeni iş elanı edib

Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafına dəstəyini davam etdirir. Şirkətlər Qrupunda tədarük zəncirinin idarə olunması ilə bağlı fəaliyyət genişləndikcə yeni kadrlara da ehtiyac yaranır.

Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri olan bu iş yeri Abşeron rayonunun Məmmədli qəsəbəsindədir. Fəhlə və yük avtomobili sürücüsü kimi işləyəcək şəxslərin başlanğıc əməkhaqqısı 500 AZN (və bonus) olacaq. Yeni iş yerlərinə müraciət edəcək insanlara şirkətdəki “Fəhlədən mütəxəssisə” proqramı sayəsində karyera inkişafı ilə bağlı imkan yaradılacaq.

Nahar və nəqliyyat xidməti ilə təminat, öyrənməyə əlverişli mühit bu mərkəzin əməkdaşı olmağın əsas üstünlükləri sırasındadır.

İşə qəbulla bağlı maraqlananlar 055 400 85 83 və 055 253 18 06 nömrələrinə zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.

Veysəloğlu Şirkətlər Qrupuna aid müasir Logistika Mərkəzinin rəhbəri Co Daybel: “Şirkətlər Qrupu olaraq, çalışırıq ki, hər il 2000-nə yaxın yeni iş yeri yaradaq. Qeyd edim ki, hazırda rəhbər vəzifələrdə çalışan insanların əksəriyyəti sahədə sifariş toplayan, fəhlə olaraq işə başlamış və hazırda menecer kimi fəaliyyət göstərən əməkdaşlardır. Yəni biz insanları yalnız işlə təmin etmirik, həm də onların karyera qurmasına şərait yaradırıq”.

“Fəhlədən mütəxəssisə” proqramı sayəsində mərkəzin sıravi heyətinin bacarıq və təcrübəsi artırılır və menecer vəzifələrinə yüksəldilir. Beləliklə, fəhlə kimi işə başlayan insanların peşəkar inkişafı təmin edilir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Qrupun məqsədi əməkdaşları ədalətli, hər kəsə bərabər imkanların yaradıldığı və peşəkar inkişafı dəstəkləyən iş mühiti ilə təmin etməkdir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.