İQTİSADİYYAT


® Veysəloğlu Şirkətlər Qrupunda innovativ layihə

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC-də Azərbaycanda yeni layihə həyata keçirilir. Şirkətin təhlükəsizlik sahəsində həyata keçirdiyi bu innovativ layihə “Elektron kilid” (Electronic lock) və ya elektron plomblanma adlanır. Layihənin texniki şərtləri “A+A Security” şirkəti tərəfindən hazırlanıb. 

Bəs “Elektron kilid” və ya elektron plomblanma nədir və özündə nələri ehtiva edir?

“AVT Logistics” MMC-yə məxsus nəqliyyat vasitələrinin yük hissəsinin qapısına GPS avadanlıq vasitəsilə idarə olunan elektron kilid və ID açarın oxuyucusu quraşdırılır. ID açarlar isə yüklərin aparıldığı marketlərin rəhbərlərinə verilir və onlar ayrı-ayrılıqda marketlərin coğrafi koordinatlarına görə təhkim olunur.

Gediləcək marketlərin ID açarlarının siyahısı günlük GPS avadanlığına avtomatik olaraq yüklənir. Nəqliyyat vasitəsinin yük yerinin qapısını yalnız yan aldığı marketin koordinatı ilə açarın koordinatı üst-üstə düşdükdə və həmin market o gün ziyarət olunacaq yerlər siyahısında olduqda açmaq mümkündür.

Yəni avtomobilin yük yerinin qapısını təyin edilməyən yerdə və gündə digər, hətta təhkim olunmuş açarla belə açıb nəyisə götürmək olmur.

Bu sistem yüklərin təhlükəsiz və etibarlı şəkildə ünvana çatdırılması ilə yanaşı, qapıların plomblanması xərclərinə qənaət etməyə, səfər saylarını dəqiq hesablamağa, nəqliyyat vasitəsi və sürücülərin işini düzgün qiymətləndirməyə də imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.