İQTİSADİYYAT
® “Visa” ABB-ni mükafatlandırıb
“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə təşkil etdiyi görüşdə ABB-ni bir neçə nominasiya üzrə mükafatlandırıb. Bank “Azərbaycanın dəmir yolları nəqliyyatında ilk dəfə təmassız bank kartlarının tətbiqi”, “Visa kartları ilə “Kartdan-karta” xidməti üzrə ən çox dövriyyəsi olan bank” və “Yeni məhsulun tətbiqi” nominasiyaları üzrə mükafatlar qazanıb.
Xatırladaq ki, ötən ilin iyununda ABB Azərbaycan Mərkəzi Bankı, “Visa” və Azərbaycan Dəmir Yolları ilə tərəfdaşlıq əsasında şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemini tam şəkildə istifadəyə verib. Beləliklə, Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankının kartları ilə təmassız ödəniş etmək imkanı yaradılıb. Həmçinin Bank müştəri məmnuniyyətinin artırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə ödəniş kart məhsulları üzrə çeşidləri və xidmətləri artırıb.
ABB hazırda “Visa” da daxil olmaqla ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan bankıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.