İQTİSADİYYAT


® “Xaliq Faiqoğlu” şirkəti 40 min sərnişinə tibbi maska paylayıb

Koronavirus pandemiyasının vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən “Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə ümumilikdə 250-dən çox avtobusda 20 gün ərzində sərnişinlərə tibbi maskaların paylanması aksiyasını başa çatdırıb.

Mayın 11-31-də həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 40 min müvafiq sertifikatlı tibbi maska dayanacaqlarda və avtobuslarda sərnişinlərə təqdim edilib. Şirkət əməkdaşlarından ibarət mobil qruplar aksiya zamanı sərnişinlərin fikirləri, irad və təkliflərini də qeydə alıblar.

Şirkət sərnişinləri bir daha şəxsi gigiyenalarına diqqət yetirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın və Bakı Nəqliyyat Agentliyinin tələb və tövsiyələrinə, eləcə də pandemiyanın qarşısının alınması məqsədilə qəbul edilmiş qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Nəzərə almalıyıq ki, iyunun 1-dən etibarən avtobuslarda və dayanacaqlarda insanların maskadan istifadə etməməsi onların sağlamlığını böyük risk altında qoymaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, şirkət tərəfindən mütəmadi olaraq maarifləndirici aksiyalar keçirilir və bu tip tədbirlər bundan sonra da davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.