CƏMİYYƏT


® “Xaliq Faiqoğlu” şirkəti Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirib

Hər gün yüz minlərlə sərnişinə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti müqəddəs Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirib. 

Şirkət yerləşdiyi ərazi üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon şöbəsinin təşkilati dəstəyi ilə 100-dək aztəminatlı, fiziki məhdudiyyətli və tənha yaşayan ahıl şəxslərin ailələrinə bayram sovqatı təqdim edib.

Tədbirdə çıxış edən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizam Rzayev təmsil etdiyi şirkətin daim sosial aksiyalar keçirdiyini, əhalinin həssas sosial kəsiminə diqqətlə yanaşdığını bildirib.

Qeyd edilib ki, 700 nəfərədək işçi heyəti olan şirkət əməkdaşlarının sosial müdafiəsinin təmin edilməsi, fiziki məhdudiyyətli bir çox şəxslərin işlə təmin edilməsinə də böyük əhəmiyyət verir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon şöbəsinin sədri Afət Quliyeva əhalinin aztəminatlı kəsiminə göstərilən diqqətə görə təşəkkür edib. O, dövlətin hər zaman əhalinin aztəminatlı hissəsinin sosial rifahının yüksəldilməsi məqsədilə ardıcıl sosial siyasət apardığını bildirib və “Xaliq Faiqoğlu” şirkətinin bu tip aksiyalar həyata keçirməsinin qürurverici hal olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.