İQTİSADİYYAT


® Yeni “Honda Accord” - indi üstün güc, üstün texnologiya vəd edir

"Honda"nın çoxdan gözlənilən əfsanəvi sedanı "Accord" artıq Azərbaycandakı rəsmi distribüterin salonlarında satışdadır.

Yeni "Honda Accord" yapon keyfiyyəti və avropasayağı dizaynı ilə hər kəsə istədiyini verəcək. Belə ki, budəfəki "Accord" həm güc, həm də texnologiya baxımından öz sələfini üstələyir.

Yenilənmiş avtomobil ilk növbədə rəqibsiz idarəetmə göstəriciləri ilə fərqlənir. Güclü turbo mühərrik seçimləri bunun sübutudur: 2.0L (247 at/g) və ya 1.5L (198 at/g). Düyməli 10 pilləli avtomatik sürət qutusu da avtomobilin təkrarolunmaz xüsusiyyətlərindəndir. Həmçinin Econ və Sport rejimləri sayəsində sürücü istədiyi idarəetmə üslubunu seçir. Econ rejimini seçərək sakit və qənaətcil, Sport rejimi ilə aqressiv və idmansayağı idarəetmədən zövq ala bilər. Yolda lazım olan informasiya isə əhatəli və mükəmməl dairəvi görünüşlü alətlər panelində əks edilərək sürücü üçün əlçatan olur.

Yenilənmiş sedanın interyerində bir sıra modifikasiyalar və xoş əlavələr nəzərə çarpır. Əvvəla salondakı dəyişikliklər təkər karkasının ölçüsünün böyüməsi ilə əlaqəlidir, bu isə arxa sıradakı sərnişinlərə daha böyük məkan verir. İkinci sıradakı sərnişinlərin ayaqları üçün 51 millimetrlik geniş aralıq əldə edilib. Həmçinin baqajın həcmi də 447-dən 473 litrə çatıb.

Avtomobilin daha dözümlü və təhlükəsiz korpusu geniş və müasir salonu etibarlı şəkildə qoruyur. Avropasayağı eksteryerin incəliyi xromla işlənmiş qapı tutacaqları və kuzov rəngində yan güzgülər LED işıqlarla vurğulanır. İnteryerdə isə dəri örtüklü, qızdırılan və havalandırılan oturacaqlar komfortun təminatçısıdır. Yeni "Accord"un texnoloji tərtibatı müasir tələblərə cavab verəcək şəkildə hazırlanıb. "Sensorlu 8" mərkəzi displey, Apple CarPlay və Android Auto sistemləri və 10 səsgücləndirici ilə premium audiosistem bu avtomobildə səfərləri daha əyləncəli edir.

Bunlarla yanaşı, yeni "Honda Accord" çoxfunksional sükan, açarsız daxilolma, arxa görüntü kamerası, 2 zonalı klimat kontrol və s. xüsusiyyətlərlə təchiz edilib.

Yenilənmiş "Honda Accord"la tanış olmaq və ya daha ətraflı məlumat almaq üçün "Honda"nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.

“Honda” Avtomobil Mərkəzi

Bakı-Sumqayıt şosesi 6-cı kilometr

Tel: (012) 349 00 00

http://www.honda.az/auto/newaccord

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.