İQTİSADİYYAT
® “Yeni ilə iPhone ilə” kampaniyası davam edir
“AtaBank” ASC-nin “Yeni ilə iPhone ilə” kampaniyası əmanətçiləri sevindirməyə davam edir. “AtaBank”da əmanət yerləşdirən müştərilər noyabrın 12-dən start götürən kampaniyadan faydalanırlar.
Kampaniya çərçivəsində əmanət yerləşdirən müştərilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.
Artıq kampaniya müddəti ərzində 107 ədəd “ISMA Bike”, 29 ədəd “iPhone 11”, 4 ədəd “iPhone 11 Pro”, 3 ədəd “iPhone 11 Pro Max”, 100-dən çox otel istirahət paketləri və digər hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunub.
Xatırladaq ki, “Yeni ilə iPhone ilə” kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: “iPhone 11”, “Pro və Pro Max” telefonları, “ISMA Bike”, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, “Excelsior Hotel Shamkir”, “Qalaaltı Hotel & SPA”, “Shamakhi Palace Sharadil”, “Quba Palace”, “Lankaran Springs & Wellness Resort”, “Garabag Resort & SPA”, “Aura SPA” otellərində istirahət paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və dekabrın 31-dək qüvvədədir. Bu fürsəti qaçırmayın.
“WhatsApp”/“Telegram” istifadəçiləri 050 9999136 telefon nömrəmizə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.