REGİONLAR


® Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi "Bakcell"dən hədiyyə qazanıb

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti növbəti Satış və Xidmət Mərkəzini Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, şirkət bir-birinin ardınca 3 gündə 3 yeni mərkəzin - Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.

"Bakcell" həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi "Bakcell" abunəçilərinə tam çeşiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda, ən son model mobil cihazlar, mobil nömrə və aksesuarlar əldə etmək imkanı verir.

"Bakcell" ölkənin ən innovativ məhsul və xidmətlərini və ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün böyük işlər görür. Bizim 4G xidmətimiz artıq Zaqatalada fəaliyyət göstərir və yerli əhali "Bakcell" şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malikdir. İnanıram ki, açdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Yeni xidmət mərkəzinə baş çəkən ilk müştərilər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi "Bakcell"dən pulsuz 4G data kartı və 1 ay pulsuz internet hədiyyə qazanıb.

"Bakcell" özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

“Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı"nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən isə "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test").

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.