İQTİSADİYYAT
® “Ziraat Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə yardım etməyə davam edir
Sosial layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət ayıran “Ziraat Bank Azərbaycan” ASC özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrdən olan şəxslərə, müharibə veteranlarına müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətə başlamaq məqsədilə dəstək olmağa davam edir. Bu dəfə bank tərəfindən proqram çərçivəsində Birinci Qarabağ müharibəsində iştirak etmiş iki şəxs lazımi avadanlıqla təmin olunub. Belə ki, bank həm musiqi, həm də avtoçilingər xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən Birinci Qarabağ müharibəsi iştirakçılarının istəklərini həyata keçirərək bütün lazımi avadanlıqlarla şəxsləri təmin edib və sahibkarlığa başlamalarına təkan verib.
Qeyd edilən özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
“Ziraat Bank Azərbaycan” ASC bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımızı şəxsi bizneslərini qurmaları üçün müxtəlif növ avadanlıqlarla təmin edib.
“Ziraat Bank Azərbaycan” Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya “*9229” qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.