İQTİSADİYYAT


® “Ziraat Bank Azərbaycan”dan xarici ticarət iştirakçılarına hərtərəfli dəstək

Real sektorun inkişafına, xüsusilə ixracyönümlü və idxalı əvəzləyən məhsul istehsalının artımına hədəflənən fəaliyyətin dəstəklənməsi “Ziraat Bank Azərbaycan” ASC-nin əsas prioritetlərindəndir. “Ziraat Bank Azərbaycan” xarici ticarət iştirakçılarına təqdim edilən bank xidmətlərinin keyfiyyətinə xüsusi əhəmiyyət verir. Belə ki, Bank bu istiqamət üçün nəzərdə tutulan xidmətlərinin geniş çeşidliyi, keyfiyyəti, rəqabətli qiymətləri, innovativ texnologiya meyarları və müştəriyönümlü təklifləri ilə digər banklardan fərqlənir. Həmçinin Bankın dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü olması, onu ticarət istiqamətində müqayisəli üstünlüklərlə təmin edir. Belə ki, “Ziraat Bank Azərbaycan” xarici ticarətdə istifadə edilən akkreditiv, bank zəmanət məktublarını və digər xidmətləri öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Qeyd etmək lazımdır ki, “Ziraat Maliyyə Qrupu”nun üzvü olaraq Bank xarici ölkələr arasında böyük nüfuza sahibdir, bu da xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir.

Bank, eyni zamanda, bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanması xidmətlərini də təqdim edir. Bununla yanaşı, “Ziraat Bank Azərbaycan” ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilməsini təmin edir. Ölkələrin dayanıqlı inkişafının təmin edilməsində xarici ticarətin çox mühüm rolu var. Xarici ticarət xidmətləri göstərən banklar sahibkarlara ticarət əməliyyatlarını qüsursuz və likvidlik problemləri yaşanmadan həyata keçirmək üçün dəstək olur. Bunun üçün sahibkar üçün doğru tərəfdaş bankının seçimi çox böyük önəm daşıyır. Ticarət xidmətlərində “Ziraat Bank Azərbaycan”ın müştərilərinə ən yaxşı imkanları təqdim etməsi nəinki ölkə daxilində, qlobal arenada da dəyərləndirilir. Belə ki, Bank dünyanın nüfuzlu “Global Finance” nəşri kimi mühüm beynəlxalq platforma tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb. Ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz: https://bit.ly/3JAiNwe

Ticarətə verdiyi töhfələrlə kifayətlənməyən Bank xarici ticarət ilə məşğul olan müştərilərinin tələbatlarına müvafiq təklif etdiyi xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Belə ki, Bank tərəfindən verilən məlumata əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Ziraat Maliyyə Qrupu”nun fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarlarla işbirliyinin qurulması üçün xüsusi internet platformanın hazırlanma layihəsi davam etdirilir və yaxın zamanda bankın müştəriləri bu müqayisəli üstünlükdən faydalanaraq xaricdə öz məhsullarına yeni bazarlar əldə edəcək və idxal üçün çoxsaylı sərfəli təkliflərə çıxış imkanına sahib olacaqlar.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.