İQTİSADİYYAT


® "AtaBank" depozit qutuları üzrə Novruz kampaniyasına başlayır

Martın 14-dən etibarən "AtaBank"ın depozit seyflərindən istifadə etmək üçün icarə haqqının 50 faizini ödəmək yetərlidir. Yəni kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir.

Müştərinin arzusuna görə müxtəlif ölçülü depozit qutuları təklif olunur. İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərinin icarə müddəti 1 aydan 1 ilədəkdir. Müştərilərin rahatlığı üçün qutular "AtaBank" ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və "Dostluq" filialı.

Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.

Xatırladaq ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.

Novruz bayramı ərəfəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Endirim kampaniyası aprelin 30-dək davam edəcək.

Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 "qaynar xətti"nə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər – www.atabank.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.