İQTİSADİYYAT


® "Kapital Bank" 24/7 rejimdə işləyən "Sahil" filialını istifadəyə verdi

"Kapital Bank" müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank həftənin 7 günü, sutkanın 24 saatı fəaliyyət göstərən yeni "Sahil" filialı müştərilərin ixtiyarına verdi. Yeni konsepsiya əsasında təqdim edilən filial metronun “Sahil” stansiyasının qarşısında, Bülbül prospekti 18A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiyası əsasında təqdim edilən "Sahil" filialı adi iş rejimində (10:00-19:00) müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pulköçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Eyni zamanda, filialda qeyri-iş saatlarında (19:00-10:00) valyuta mübadiləsi, sürətli pulköçürmələri, eləcə də kommunal, rabitə və digər xidmətlərin ödənişləri həyata keçiriləcək. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə yeni "Bravo 2", "Gəncə Kart Mərkəzi", "Neftçilər Kart Mərkəzi", "Şimal" filialları, "Hava limanı", "Sumqayıt", "İmişli" və "Mingəçevir" şöbələri açılıb. Bundan başqa "Füzuli", "İmişli" filialları, eləcə də "Lökbatan" şöbəsi yeni ünvana köçürülüb, "Gənclik Mall" və "Ağdaş" filialları isə əsaslı təmir olunub. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə, cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 97 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.