İQTİSADİYYAT


® "Kapital Bank" "BirKart Miles" kartını təqdim etdi

"Kapital Bank" 28 iyun 2018-ci il tarixində yeni "BirKart Miles" kartının təqdimat mərasimini keçirib.

Sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.

Təqdimat mərasimində "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, "Mastercard"ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edib. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.

"BirKart Miles" kartları həm debet kart şəklində, həm də kredit xətti şəklində müştərilərə təklif olunur. İllik qiyməti 35 manatdan başlayan "BirKart Miles" kartı aktivləşən kimi balansına hədiyyə olaraq 1500 mil əlavə olunur. Kartların müddəti maksimum 3 il olmaqla, AZN/USD/EUR valyutasında müştərilərə təklif olunur.

Kartlar üzrə hesabda mövcud olan şəxsi vəsaitlərə illik depozit faizi hesablanılır və mil şəklində toplanır. Kartlara, həmçinin "Lounge Key" funksiyası da tətbiq edilib.

"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.