İQTİSADİYYAT


® "Kapital Bank"da ahıl "Könüllülər"in məzun günü keçirildi

"Kapital Bank" yeni "Könüllülər" proqramına başlayıb. Layihə çərçivəsində gənclər "Kapital Bank" filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər. 

Ötən il, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə paytaxt filiallarında, həmçinin təqaüdçülər müştərilərə xidmət göstəriblər. 3 aylıq proqramda iştirak edən təqaüdçülər "Yaşa" Mərkəzinin üzvləri arasından seçilib.

Dekabrın 9-da təqaüdçü "Könüllülər" üçün məzun günü keçirilib, iştirakçılara müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib. "Könüllülər" proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərə xidmət göstəriblər və onlara bank əməliyyatlarını həyata keçirməkdə kömək ediblər. Layihəni keçirməkdə məqsəd yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Qeyd edək ki, "Yaşa" Mərkəzi "Kapital Bank"ın dəstəyi və "Üçüncü Bahar" təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 300-dən artıq fəal üzvü var və hər layihə üzrə 40-50 nəfər qoşularaq təlimlərdə iştirak edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.