İQTİSADİYYAT


® "Kristal Towers"in tikintisi davam etdirilir

"Kristal Abşeron" xəyallarınızın inşasını davam etdirir.

Söhbət Bakının ən mənzərəli hissəsində, Bayılda, Bakı bulvarının düz qarşısında yerləşən şirkətin ən premium layihəsi "Kristal Towers"dən gedir. 16 mərtəbədən ibarət olacaq qüllələrin artıq 12 mərtəbəsində beton konstruksiya işləri, 6 mərtəbəsində hörgü işləri yekunlaşıb. Hazırda beton-qəlib və hörgü işləri davam etdirilir. Yaşayış kompleksinin inşasında keyfiyyət və təhlükəsizliyin sintezi olan Avropa istehsalı brend tikinti materiallarından, o cümlədən binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli armaturlardan istifadə edilir. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur "Peri" şirkətinindir.

Premium seqmentin bütün tələblərinə uyğun şəkildə inşa olunan "Kristal Towers" qüllələri həm də təqdim etdiyi xidmətlərlə sakinlərini özəl hiss etdirəcək. Kompleksdə yeraltı parkinq, ticarət mərkəzi, fitness və spa mərkəzləri, sonuncu mərtəbədə kafe və restoranlarla bərabər sakinlərə özəl konsyerj xidməti göstəriləcək.

Heç vaxt bitməsini istəmədiyiniz anlarınızı yaşayacağınız mənzillərin sizin olmasına çox az qaldı. Gözəllik və dəbdəbənin sintezi olacaq lüks mənzillərin 2019-cu ilin sonunda təhvil verilməsi planlaşdırılır. Mənzillər nağd və ya daxili kredit şərtilə təklif edilir. O cümlədən hər bir mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (kupça) təmin edilir.

Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.

https://www.kristalabsheron.az/az/project/index/47

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.