İQTİSADİYYAT
® "Rabitəbank"ın "Mastercard"ları ilə Yeni ili sevinclə qarşıla!
Yeni ili xaricdə qarşılamağı planlaşdırırsınız? "Rabitəbank" öz "Mastercard" sahiblərini sevindirməkdə davam edir. İndi "Rabitəbank"ın AZN valyutalı "Mastercard"ları ilə "Luna Travel"də POS-terminallar vasitəsilə edilən nağdsız ödənişlər zamanı 13 faiz endirim əldə edirsiniz, www.hotels24.az internet saytı vasitəsilə edilən nağdsız ödənişlər zamanı isə məbləğin 3 faizi cashback olaraq dərhal hesabınıza geri qayıdır.
Bundan əlavə, "Rabitəbank"ın tərəfdaş şəbəkəsindən "Mastercard" ilə nağdsız əməliyyatlar zamanı 30 faizədək endirim və yaxud 15 faizədək cashback əldə etmək mümkündür.
Tərəfdaşlarımızla daha ətraflı tanış olmaq üçün bura keçid edin.
Həmçinin "Rabitəbank" "Mastercard"ları ilə Azərbaycandan kənarda edilən bütün fiziki və onlayn nağdsız əməliyyatlar zamanı konvertasiya faizlərini də tamamilə ləğv edərək 0 faizə endirib. "Rabitəbank" bu yeniliklə müştərilərin AZN valyutalı kartlarından digər valyutalara konvertasiya faizi ödəmədən əməliyyatlar edə bilməsini təmin edir, bundan əlavə bütün ölkəxarici nağdsız ödənişlər zamanı 1 faiz cashback verilir.
"Rabitəbank"ın bu yeniliyinin mahiyyətini daha dəqiq və aydın izah etmək üçün Günel və Rüfət animasiya çarxının növbəti seriyasını diqqətinizə çatdırırıq.
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.