İQTİSADİYYAT


® "Rabitəbank"ın kredit portfeli 300 milyon manata çatıb

"Rabitəbank" ASC öz kredit portfelinin həcmini 300 milyon manata çatdıra bilib. Cari ilin əvvəlindən bu göstərici 234 milyon manat təşkil edirdi və cari ilin 3-cü rübünün yekunlarına görə kredit portfelinin artım həcmi 28 faiz təşkil edib.

Artım əsasən sahibkarlara və korporativ müştərilərə verilən kreditlər və sahibkar olmayan fiziki şəxslərə verilən nağd pul və ipoteka kreditləri hesabına baş verib. Bu ilin əvvəlindən "Rabitəbank" aktiv kreditləşməyə start verib və hazırda Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" ilə sıx əməkdaşlıq edir.

Sahibkarlıq üçün verilən kreditlər illik 5 faizdən başlayaraq komissiya olmadan müştərilərə təklif olunur. Bundan başqa, müxtəlif istehlak məqsədli kredit kampaniyaları davam edir. Bu kampaniyalar çərçivəsində xanımlara illik 14.9 faizlə kreditlər təklif olunur. Qeyd olunan kampaniyalar bankın 25 illiyi ilə əlaqədar cari ilin sonuna kimi davam edəcək.

Biznes kreditləri üzrə ölkənin qabaqcıl banklarından biri olan "Rabitəbank" hər zaman sahibkarlığın inkişafı istiqamətində müştərilərə fərqli və maraqlı təkliflər təqdim edir.

Daha ətraflı məlumatı bankın 133 saylı qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.az saytına daxil olmaq və ya bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.