Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik”

®  Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik”

Ölkəmizin ən böyük bankı olan ABB bu günlərdə 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi. İlin yekunlarına bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla birgə nəzər saldıq.

- Abbas müəllim, ABB 2024-cü ili hansı maliyyə nəticələri ilə başa vurdu?

- 2024-cü il də ABB-nin strateji inkişafının ən uğurlu illərindən oldu. Belə ki, bankımız 2024-cü ili 293 milyon 732,04 min manat xalis mənfəətlə tamamlayıb. ABB-nin əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 22,8 faiz artıb. 2024-cü ilin maliyyə nəticələrinə əsasən, bankın dövlət büdcəsinə 131 milyon manat mənfəət vergisi ödəməsi gözlənilir. Kredit portfelimizdə iri həcmdə, 1,3 milyard manat, yəni 25,8 faizlik artım baş verib. Biznes kreditləri portfelimizi 605 milyon manat artımla 3,109,246.09 min manata yüksəltmişik. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq.

- Bankın müştəri sayında da artım varmı?

- 2024-cü ildəki ən böyük inkişaf göstəricilərimizdən biri də elə məhz bu istiqamətdədir. Artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32 faiz artıb. Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır. Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65 faizi məhz rəqəmsal kanallardan, yəni bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir.

- ABB hazırda nə qədər effektiv fəaliyyət göstərir?

- Müştəri sayımızı və gəlirlərimizi artırmaqla yanaşı, səmərəli fəaliyyət, xərclərimizin optimallaşdırılması da daim gündəliyimizdədir. ABB komandası olaraq, həm ölkəmizdə, həm regionda nümunəvi bank olmağı, dünyanın ən qabaqcıl banklarının, şirkətlərinin təcrübələrini tətbiq etməyi hədəfləmişik. Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik. Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40 faizin altındadır.

- ABB-nin müştəri sayı və gəlirləri artsa da, xalis mənfəətində 2023-cü ilin nəticələri ilə müqayisədə bir qədər azalma var. Bu nə ilə bağlıdır?

- Bu, bir neçə istiqamətdə xərclərimizin artması, gələcəyə investisiyalarımızla əlaqəlidir. İlk növbədə, il ərzində artan 1,3 milyard manatlıq kredit portfelimizin maliyyələşdirilməsinə çəkilən faiz xərci və mümkün kredit risklərinə qarşı ehtiyatlanma xərcini qeyd etmək olar. Biz ötən il fiziki şəxs əmanətləri bazarında aktiv olduq. Yeni rəqəmsal əmanətimiz “DigiDepozit”in də gücü ilə əmanət portfelimizi 600 milyon manata yaxın artırdıq. Bundan əlavə, gəlirlərimizi müştərilərimizlə daha çox bölüşdük. Müxtəlif loyallıq proqramlarımız, o cümlədən “Fayda Max” və “Mil” proqramları vasitəsilə müştərilərimizə 40 milyon manatdan artıq fayda ötürdük. Müştərilərimizə daha yaxşı və etibarlı xidmət üçün yeni texnoloji həllərə və IT infrastruktura investisiyalarımız daim davam edir.

- ABB səhmdarlarını bu il də dividend gözləyirmi?

- ABB 6 ildir səhmdarlarına ardıcıl olaraq yüksək dividend ödəyən sağlam, dayanıqlı və mənfəətlə çalışan bankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 35 mindən artıq olan səhmdarlarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik. Bu, komandamız üçün ayrıca bir qürur mənbəyidir. Təsəvvür edin ki, fəaliyyətinizin nəticəsi onminlərlə ailənin, yüzminlərlə insanın həyatına müsbət toxunuş edir, birbaşa fayda verir. Prudensial hesabatlara əsasən, 2024-cü il üzrə yüksək xalis mənfəət – 293 milyon manat qazanmışıq. Beynəlxalq mühasibat standartlarına əsasən isə ilkin hesablamalara görə, bir qədər daha artıq, təqribən 340-350 milyon manat xalis mənfəət proqnozlaşdırırıq. Bu göstəricilər səhmdarlarımıza ən azı 15 faiz gəlirliliklə dividend ödənişlərinə imkan yaradır. ABB menecmenti olaraq, qanunvericiliyə uyğun şəkildə, beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditorun rəyindən sonra, səhmdarların ümumi yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcəyik. Düşünürəm ki, bu proses ilin ikinci rübünün ortalarına qədər başa çatacaq və səhmdarlarımız dividend qazanclarını əldə edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə nəşr edib

Macarıstanın logistika mərkəzinə çevirilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

"Beynəlxalq Kitab Bağışlama Günü"ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Mark Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

“Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində qaliblər mükafatlandırılıb

Xaçmazda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanları olan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı

BDU-da Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Hazırda 329 ahıl cütlüyə evdə sosial-məişət xidməti göstərilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

681 bələdiyyə tam tərkibdə formalaşıb

“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

Stirlinq Fondunun icraçı direktoru Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib

® “Birbank”ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışına start verilib

Əziz Ələkbərli: “Bir elin manifesti” layihəsi deportasiya və soyqırımların insan taleyinə təsirini ictimaiyyətə çatdırmağı hədəfləyir

® "Kapital Bank" qeyri-neft sektoru üzrə vergi rekordçusu seçilib

Tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

Seçkilərdə yol verdiyi nöqsanlara görə bəzi seçki komissiyaları buraxılıb

Daha 2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayılıb

Prezident mükafatçıları: Süni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub– MÜSAHİBƏ

Qanun pozuntuları aşkarlanan məntəqələrdə səsvermənin nəticələri ləğv edilib VİDEO

Rusiya XİN Ermənistanın Avropa İttifaqı ilə mümkün yaxınlaşması barədə

ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib

Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib

Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir

"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb

MSK-nın sədri: Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub

“Neftçi” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Bahar Muradova Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Audiovizual Şurasının sədrinin brifinqi keçirilib

MSK-da bələdiyyə seçkilərinin yekunları ilə əlaqədar iclas keçirilir

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müdafiə Nazirliyi hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yayıb

Kənd təsərrüfatı naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Türkiyəli ekspertlər: Paşinyanın mövqeyi Bakı ilə dialoqa xələl gətirir

NİİM yağışlı havada qəzaların qeydə alındığı, nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını açıqlayıb

Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsi qlobal sabitliyə töhfə verir ŞƏRH

Azərbaycanın hədəfləri potensialı ilə düz mütənasibdir - ŞƏRH

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş yeni respublikalar USAID-in fəaliyyəti üçün meydana çevrilmişdi

Azərbaycanın gənc boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Qazaxıstan və Aİ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu müzakirə edib