® “Azercell”in “Mobil Göz Klinikası” Ağdamda
Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan “Mobil Göz Klinikası” bu ilin ilk səfərini Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta köçkün məktəbinə edib. Yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə də eynəklər paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində “Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom MMC” 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.-0-XM