Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Bakıda 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək

®  Bakıda 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək

“Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə sentyabrın 18-də Bakıda 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək.

Bu barədə “Enermus” şirkətinin təsisçisi və “Caspian Energy Club”ın energetika komitəsinin nəzdində fəaliyyət göstərən qaz sənayesi üzrə işçi qrupunun sədri Zaur Mustafayev bildirib.

“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” qaz sənayesində innovativ texnologiyalar, davamlı inkişaf və ekologiya, eləcə də gələcək tendensiyalar və investisiya imkanları kimi mühüm mövzular üzrə bilik və təcrübə mübadiləsini əhatə edəcək. Tədbir iştirakçıları, həmçinin qaz hasilatı və emalı proseslərinin optimallaşdırılması yollarını, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon izinin azaldılması imkanlarını müzakirə edəcəklər.

“Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi ilə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsini nəzərə alsaq forumda müzakirə olunacaq mövzular ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat forumun prioritet istiqaməti olacaq”, - deyə Zaur Mustafayev diqqətə çatdırıb.

Zaur Mustafayev, həmçinin ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar, yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ənənəvi və bərpaolunan enerji mənbələrinin istifadəsi, bu sahədə yüksək texnologiyanın tətbiqi və s. mövzular ətrafında fikir mübadiləsinin aparılacağını bildirib. İşçi qrupunun sədrinin verdiyi məlumata görə, “Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi” və “Qaz təsərrüfatında yaşıl və innovativ texnologiyaların tətbiqi” 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un əsas mövzuları sırasında yer alacaqlar.

Bundan əlavə, Qarabağın yaşıl enerji zonasına çevrilməsindən söz açan Zaur Mustafayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş regionda enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, burada bu istiqamətdə görülən işlərə dəstək və maliyyələşdirmə, ekosistemin bərpası, innovasiyaların tətbiqi kimi məsələlərin də müzakirəyə çıxarılacağını qeyd edib.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da qaz sənayesindən əlavə olaraq iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerlərin və nümayəndələrinin iştirakı gözlənilir.

“Ümidvaram ki, forum beynəlxalq əməkdaşlığı gücləndirməyə və qaz sektorunda innovativ həlləri təşviq etməyə kömək edən əlamətdar hadisəyə çevriləcək və əsas sənaye oyunçuları arasında əlaqələrin möhkəmlənməsinə, yeni texnologiyaların və təcrübələrin tətbiqini sürətləndirməsinə mühüm töhfə verəcək. Bu qənaətə gəlməyə 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”a dəvət olunan beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı əsas verir”, - deyə Zaur Mustafayev qeyd edib və əlavə edib ki, daha ətraflı məlumat ən qısa zamanda ictimaiyyətin diqqətinə çatdırılacaq.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Şamaxı” doğma meydanda “Sumqayıt”ı məğlub edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı

"Ferrari"nin pilotu: Azərbaycan Himni mənə güc verir

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib

Türkiyədə iki il istifadə olunmayan əkin sahələri dövlət tərəfindən icarəyə veriləcək

Ölkəmizin milli-mədəni dəyərləri Antalyada nümayiş etdirilir

Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm

Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək

Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub VİDEO

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur VİDEO

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar

Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri verilib

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb

Formula 2: Bakıda sprint yarışı start götürüb

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında futzal turnirinə start verilib

Stoltenberq: Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir

Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA

Azərbaycan CIFTIS sərgisində təmsil olunur VİDEO

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

Formula 1: Bakı trekində növbəti qəza baş verib

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan avtobuslar Bakı-Sumqayıt marşrut xəttinə buraxılıb

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb

Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Çexiya böyük daşqınlara hazırlaşır

Göygöldə Moruq festivalı keçirilir

Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH

Formula 1 pilotu: Bakı treki heyrətamizdir

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb

Rövşən Abdullaoğlu: Romanımın ikinci hissəsini yazmaq və qalan suallara cavab vermək ideyası yaranıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Gənclər Kitabxanasında Bilik Günü münasibətilə sərgi hazırlanıb

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Qəbələyə gələn xarici turistlərin sayı artıb

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

Elnur Məmmədli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək

Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır

Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH

Sankt-Peterburqda Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı

İşğaldan azad edilən ərazilərdə çox sayda silah-sursat tapılıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib