İQTİSADİYYAT
® “Birbank Umico” kart sahibləri noyabrda “Birbank” tətbiqində 3 kateqoriya seçimi ilə daha çox “Umico” bonusları qazanacaqlar
Noyabrın 1-dən etibarən bütün “Birbank Umico” kart sahiblərinə 3 kateqoriya seçimi təqdim olunur. Bu isə sevimli kateqoriyalardan daha çox “Umico” bonusu qazanmaq deməkdir.
“Birbank Umico” kart sahibləri “Birbank” tətbiqində “Umico” bölməsinə daxil olaraq istədikləri 3 kateqoriyanı seçməklə ödənişlərdən bonuslar qazana bilərlər. Üstəlik tətbiqdə göstərilən tapşırıqları yerinə yetirməklə daha çox bonus qazanmaq da mümkündür. Noyabr ayında istifadəçilər “Umico.az-da 50 manatlıq ödəniş”, “QR-la istənilən məbləğdə 3 ödəniş”, “Bravoda 15 manatlıq ödəniş” və digər tapşırıqları görə bilərlər.
Noyabr ayında “Birbank Umico” kart sahibləri market, YDM, restoran və s. kimi bir çox sahəyə uyğun kateqoriyalar seçə bilərlər. Bunlarla yanaşı kateqoriyalar arasında aşağıda sadalananları da görmək mümkündür:
• Umico.az-da alış-veriş: gözəllik, elektronika və s. – 15 faiz bonus
• “Yango” taxi – 6 faiz bonus
• “Birbank”da “BakıKart” QR-bileti yarat – 10 faiz bonus
• “Trendyol” – 5 faiz bonus
3 kateqoriya seçimi “Birbank Umico” kart sahiblərinə alış-verişlərindən bonus toplayaraq “Umico” bonus balanslarını sürətlə artırmağa imkan yaradır.
Bonusların sayını həm “Birbank” həm m10, həm də “Umico” tətbiqində izləmək olar. Toplanmış “Umico” bonusları ilə “Umico.az”dan sifariş etmək, “Birbank” və ya m10 mobil tətbiqlərində kommunal və digər ödənişlər etmək mümkündür.
“Birbank Umico” kartını “Kapital Bank.az” və ya “Birbank.az” veb-saytında sifariş etmək olar: http://www.kbl.az/bbm
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.