İQTİSADİYYAT
® “Coca-Cola Azərbaycan” “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının tərəfdaşıdır







“Coca-Cola Azərbaycan” “Nargis” Fondunun təşəbbüsü ilə həyata keçirilən “Soyuq Əllər, İsti Ürək” 2023-2024 xeyriyyə yarmarkasının tərəfdaşlarından biridir.
Artıq 10 ildən çoxdur ki, paytaxtda təşkil edilən yarmarka müxtəlif əyləncələr və təamları ilə qonaqlarına əsl bayram ab-havası bəxş edir. “Coca-Cola”nın “Şaxta Baba evi” və ikonik şam ağacı isə yarmarkaya xüsusi rəng qatır. Yarmarka ümumilikdə 64 böyük və 20 balaca evlə yanaşı, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, Qrinç evi, kiçik köşklər, müxtəlif tematik guşələrlə zəngindir.
Yarmarkanın sonunda toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
“Coca Cola” şirkətinin Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, 1920-ci ildən bəri Yeni İl bayramı “Coca-Cola” üçün xüsusi məna kəsb edir: ““Coca-Cola” üçün Yeni İl bayramı çox önəmlidir. Yeni İl bizim üçün xoş günlər, əyləncə, xoşbəxt anlardır, amma eyni zamanda xeyirxahlığa çağırış fürsətidir. Elə buna görə də Yarmarkanın tərəfdaşı olmaq qərarına gəldik. Yarmarka vasitəsilə bütün “Coca-Cola” sevənləri xeyirxahlığa qoşulmağa dəvət edirik”.
Qeyd edək ki, bundan əlavə “Coca-Cola”nın məşhur “Yeni İl Karvanı” da Azərbaycana səfəri ilə bayrama həyəcan qatır. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin görüşünə gəlir.
Xatırladaq ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 2024-cü il 15 yanvar tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.