COP29
® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri COP29 çərçivəsində təşkil olunmuş tədbirlərdə iştirak ediblər
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavinləri İsmayıl Əfəndiyev və Şahlar Mirqasım Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi və Yaşıl zonalarda ekologiya ilə əlaqəli sağlamlıq problemləri mövzularına həsr edilmiş plenar və panel iclaslarında, yüksəksəviyyəli dəyirmi masalarda və diskussiyalarda fəal iştirak ediblər. Onlar, eyni zamanda, COP29-da iştirakçı ölkələrin pavilyonlarını ziyarət edib, ekologiya ilə bağlı nümayiş etdirilən stendlər, layihələr və materiallar ilə tanış olublar.
Həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri COP29-un qonaqları və iştirakçılarına həftənin 7 günü 24 saat ərzində göstərilən ilk və təcili tibbi yardım xidmətlərinin təşkili işi ilə tanış olublar. Bundan əlavə, Tibbi Xidmət İdarəsinin nümayəndələri Mərkəzi Gömrük Hospitalının mötəbər COP29 tədbirində tibbi xidmətlər göstərən həkimləri və orta tibb işçiləri ilə görüşüb, onlara öz tövsiyələrini veriblər.