Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® Endokrinoloq: Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir

®  Endokrinoloq: Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir

Şəkərli diabeti dövrümüzün qeyri-infeksion epidemiyası adlandırırlar. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artmaqdadır. Hətta elə insanlar var ki, onlar şəkərli diabet xəstəsi olduqlarından xəbərsizdirlər. Belələrinin sayı daha çoxdur. Maraqlıdır, bu xəstəlik özünü necə göstərir? Şəkərli diabet hansı ağır nəticələrə yol açır? Bu və bunun kimi bir çox sualları Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Naidə Novruzova cavablandırıb.

- Naidə xanım, endokrinoloq hansı xəstəlikləri müalicə edir? İnsanlar hansı hallarda məhz endokrinoloqa müraciət etməlidirlər?

- Endokrinoloqların daha çox müalicə etdikləri şəkərli diabet, qalxanabənzər vəzi və böyrəküstü vəzi xəstəlikləri, həmçinin neyroendokrin xəstəliklərdir. Endokrinoloqa müraciət etmək üçün xəstəliyin əlamətləri tamamilə fərqli ola bilər. Bu, səhhətinizdə yaranan narahatlıqlar, bədən çəkisinin kəskin artması və ya əksinə, azalması ola bilər. Əgər özünüzü zəif, yorğun, halsız hiss edirsinizsə, saç tökülməsi və ya dərinizin quruluğu varsa, bunların hipotireozun əlamətləri olması mümkündür. Yaxud, əsəblilik, yorğunluq, tərləmə, taxikardiya, təzyiq artımı bu hallarda tiroid vəzinin patologiyasının əlamətləri ola bilər. Belə simptomları olan xəstələr ilk növbədə kardioloqlara, terapevtlərə müraciət edirlər. Həkim müayinəsindən sonra onlara deyilir ki, “ola bilər, qalxanabənzər vəzinizlə bağlı problemləriniz var”. Pasiyentlərə yaxın qohumlarda qalxanabənzər vəzi ilə bağlı bir problem olub-olmadığına diqqət yetirmələri tövsiyə edilir. Çünki irsiyyət çox mühüm rola malikdir. Məsələn, diabet xəstələri ilkin olaraq daha çox uroloqlara müraciət edirlər. Həmin xəstələr ilkin müayinələrdən keçərkən məlum olur ki, onlarda şəkərli diabet var.

- Şəkərli diabet haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. Bu xəstəliyin tamamilə müalicəsi mümkündürmü?

- Şəkərli diabetin əsas simptomu qanda şəkərin (qlükoza) səviyyəsinin artmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatı bu xəstəliyin bir neçə tipini müəyyən edir. Diabetli insanların əksəriyyətində bu xəstəliyin birinci və ikinci qrupuna rast gəlinir. Bununla yanaşı, spesifik tip diabetlər də var. Şəkərli diabet hələ tam müalicəsi mümkün olmayan xroniki xəstəlikdir. Lakin indi şəkərli diabetə nəzarət və müalicə üçün effektiv üsullar var. Bu müasir üsullara əməl olunarsa, xəstəlik gözlənilən ömür uzunluğunun azalmasına və insan səhhətinin daha da pisləşməsinə səbəb olmaz. Şəkərli diabetin idarə olunması üçün xəstənin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir.

- Endokrinoloqa hansı fasilələrlə müraciət etmək lazımdır?

- Gəlin ondan başlayaq ki, qalxanabənzər vəzi ilə bağlı problemlər qadınlarda daha çox olur. Xanımlarımız ən azı iki ildə bir dəfə endokrinoloqa müraciət etməlidirlər. Amma mən pasiyentlərimdən daha çox eşidirəm ki, “narahatlığım yoxdur və ona görə də müayinəyə gəlmədim”. Belə yanaşma tamamilə səhvdir. Çünki aşkar simptomlar və aydın klinik mənzərə olduqda, bu, artıq inkişaf etmiş bir vəziyyətdir. Deməli, xəstəlik artıq irəliləyib. Əgər endokrinoloq pasiyentdə düyünlü zob, hiper və ya hipotireoz aşkar edibsə, təbii olaraq, o, xəstənin nə qədər müddətdən bir müayinə olunacağını müəyyənləşdirir. Bu, üç ayda bir dəfə, altı ayda bir dəfə, yaxud müddət aralığında da ola bilər.

- Əgər diabet erkən mərhələdə aşkar edilərsə, onu müalicə etmək mümkündürmü?

- Bəzən pasiyentlər belə fikirlər səsləndirirlər: “Susuzluq hiss etmədiyim üçün gəlmədim”, “Şəkər xəstəliyinin əlamətlərini oxudum, özümdə tapmıram”. Bunlar yanlış fikirlərdir. Şəkərli diabet asimptomatik olaraq başlayır. Çünki şəkərin artması dərhal yüksək rəqəmlərlə baş vermir. Deyək ki, səhər şəkəriniz 6,2-dirsə, bu, artıq prediabetin bir əlamətidir. Zamanında müalicə olunmazsa, diabetə keçmə riski çox böyükdür. Təbii ki, xəstələr belə kiçik fərqi hiss etmirlər. Bir müddət sonra inkişaf etmiş şəkərli diabetlə müraciət edirlər. İdeal olaraq ildə ən azı bir dəfə şəkər üçün qan vermək lazımdır. Əgər şəkərdə bir problem olarsa, o zaman qlikohemoqlobinin yoxlanılması vacibdir. Qlikohemoqlobin uzun müddət ərzində qan şəkərinin orta səviyyəsini əks etdirən biokimyəvi qan göstəricisidir. Müasir həyat rejimində insanlar daha çox üstünlüyü hazır qidalara verirlər. Amma nəzərə almaq lazımdır ki, fastfood və yarımfabrikatlarda keyfiyyətli heç nə yoxdur. Gündəlik istifadə olunan bu qidalar bir çox endokrinoloji problemlərə yol açır. Mən hələ onu demirəm ki, belə bir pəhriz həm də mədəaltı vəzi xəstəliklərinə, çox vaxt da öd daşı və müxtəlif bağırsaq xəstəliklərinə səbəb ola bilər. Hazırda diabetin geniş yayılmasının başqa bir amili oturaq həyat tərzidir. Müasir dövrümüzdə demək olar ki, hər kəs saatlarla kompüterin qarşısında oturur. Fiziki aktivliyin az olması, xroniki streslər də öz mənfi təsirini göstərir. Hətta son zamanlar uşaqlarda düzgün qidalanmama, fiziki aktivliyin az olması kiçik yaşlarda karbohidrat mübadiləsinin pozğunluqlarına səbəb olur.

- Əgər pasiyent artıq şəkərli diabetdirsə, o, nə etməlidir?

- Əgər xəstədə artıq şəkərli diabet varsa, o zaman analiz aspekti genişlənir. Çünki belə bir diaqnoz varsa, gələcəkdə bütün orqanizmə təsir göstərəcək. Yüksək şəkər səviyyəsi həm lipid mübadiləsinə, həm də qaraciyərə, qan damarlarına təsir edir. Buna görə də bütün diabet xəstələri ildə iki dəfə diabetin göstəricilərindən əlavə, qaraciyər, böyrək, lipid göstəricilərini nəzarətdə saxlamalıdırlar. İldə bir dəfə kardioloqun, oftalmoloqun və gərəkdiyi halda digər ixtisas həkimlərinin müayinəsindən keçməlidirlər.

- Diabetin əsas səbəbi nədir?

- Əvvəllər irsiyyət əsas səbəblərdən biri idi. İndi isə xəstələri gördükdən sonra deyirəm ki, siz özünüz şəkər xəstəliyinə tutulmaq üçün hər şeyi etmisiniz. Çox vaxt əsas səbəblərdən biri düzgün qidalanmama nəticəsində yaranan artıq çəki, passiv həyat tərzidir. Mən həmişə xəstələrimdən səhər, günorta və şam yeməyində nə yediklərini soruşuram. Onların cavabları isə sadəcə fəlakətdir. Bildirirlər ki, buterbrod, sendviç, çipsi və bu kimi hazır fastfud yeməklərlə qidalanır, qəhvə, qazlı sular, enerjili içkilər qəbul edirlər.

- Bəs diabet xəstələri yuxunu necə almalıdırlar?

- Bütün hormonlar müəyyən bir zamanda istehsal olunur. Mən tez-tez böyümə hormonuna (somatotrop hormon) diqqət yetirirəm. Kiçik uşaqlar onun təsiri altında böyüyürlər. Yetkin yaşlarda böyümə hormonu saat 23:00-dan 01:00-a qədər ayrılır və maddələr mübadiləsini, yağ yandırmasını artırır. Ancaq adətən böyük şəhərlərdə bir çox insan 23:00-dan 01:00-a qədər yatmır. Çox vaxt isə gecə saat 02:00 və 03:00-a qədər yatmırlar. Buna görə də az yatanlar, bəzən səkkiz saat tam yatanlardan fərqli olaraq, hormonal disbalansın nəticəsində daha çox kökəlirlər.

Söhbətləşdi: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Oman və Qətərin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib

FHN Qəbələ regional “ASAN xidmət” mərkəzində təlim keçirib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri necə aparılmalıdır?

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir - RƏY

Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim

COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaq

UNEC ilə Türkiyə Rəqabət Qurumu əməkdaşlığa başlayır

Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB VİDEO

Daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

Bakıda fəaliyyət göstərən avtobusların sayı açıqlanıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb

® “Priceless” Azərbaycanda: Eksklüziv təcrübələri qarşılayın

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib YENİLƏNİB

“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb

Aqrar Sığorta Fondunda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Dövlət Turizm Agentliyi Xınalıq kəndinə mediatur təşkil edib

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

Macarıstan Milli Bankı inflyasiyanın səviyyəsini azaltmaqda israrlıdır

Azərbaycanda daşıyıcılara dövlət tərəfindən hər kilometrə görə pul ödənilə bilər

AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq

Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb

Naftalana gələn xarici turistlər arasında Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

Fransaya şiddətli qasırğa yaxınlaşır

“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub

Elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum

Orban Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı dəyişməyə çağırıb

Sumqayıtda qanvermə aksiyasında 250-dən çox donor qan verib

Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib

Ankarada dahi Füzulinin zəngin irsinə həsr olunmuş tədbir keçirilir

“Azərxalça” ASC-nin “Uçan xalçalar” kolleksiyası Estoniyada nümayiş olunur

Azərbaycan klublarının avrokubok oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Mərkəzi Bankda İslam maliyyəsi sahəsində görülən işlər və perspektivlər müzakirə edilib

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

Naxçıvanda ilk dəfə toxum sərgi–satış yarmarkası keçirilib

“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib VİDEO

Dünya çempionatında üç medal qazanan Azərbaycan atıcıları Vətənə dönüblər VİDEO

Audiovizual Şura multipleks və platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqinə başlayıb

BDU-nun 51 yaşlı tələbəsi: Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNƏCƏK

® “Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

Almatıda Türk Akademiyasının nəşr etdirdiyi elmi kitabların təqdimatı olub

Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

İcraçı direktor: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 51 təşəbbüs nəzərdə tutulur

Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib

Dünya tarixinin qara ləkəsi - müstəmləkəçilik – TƏHLİL

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı vəsatəti təmin etməyib

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçiriləcək

SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Rahilə Mehdiyeva: Azərbaycanın COP29-a sədrliyi bu ilin ən mühüm hadisəsidir

Oktyabrın 10-da bəzi yerlərdə 30 dərəcə isti olacaq

Kənd təsərrüfatı nazirinin müavini Samuxda vətəndaşlarla görüşəcək

“Coursera” şirkəti tərəfindən Azərbaycan universitetləri üçün təqdimat keçirilir

Deputat: Fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Almatıda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib

Bloomberg: NATO-nun Şərq cinahı müdafiə xərclərini 70 milyard dollaradək artırıb

® “akart” geniş fəaliyyətə başladı!

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib VİDEO

Yaponiya parlamentinin aşağı palatası buraxılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Reuters: “Boeing” tətillər fonunda həmkarlar ittifaqı ilə danışıqların uğursuz olduğunu bildirib

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Alimlər Günəşin sönməsi və Yerdə həyatın sona çatması ssenarisini açıqlayıblar

Azərbaycanın U-21 yığmasının Şimali İrlandiya ilə oyununun hakimləri açıqlanıb

İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir

Dünya yaddaş çempionu: Uğur qazanmaq üçün motivasiyadan daha çox nizam-intizam lazımdır - MÜSAHİBƏ

Bu il Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Əl-Cəzirə”: Avropa rəhbərliyi niyə müharibə istəyir?

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Nazirlik: 9 ayda 496 min nəfərə sosial müavinət ödənilib

Azərbaycanın güləş yığmaları dünya çempionatına Bakıda hazırlaşır

® “Qırmızı Ürəklər Fondu” hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Almaniya bu il Kiyevə əlavə olaraq 400 milyon avroluq dəstək göstərəcək

“Əriyən qar üzərində” sənədli filmi nümayiş olunub

“Eni” şirkətinin rəhbəri Yaxın Şərqdə artan gərginlik fonunda neftin qiymətlərindən danışıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 34,3 faiz artıb

Bolqarıstan ordusu hava hücumundan müdafiə sistemlərini dəyişdirməyə başlayır

® “Usta mənəm” müsabiqəsinin seçim turu başa çatıb

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləğində 2 dəfə artım qeydə alınıb

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib