® Gələcəyə yatırım edin, dünyaya öz töfhənizi verin

“Rabitəbank”dan qazandıran kampaniya!
“Rabitəbank” “Universal” əmanət məhsulunun şərtlərini dəyişərək “Yaşıl Qazanc” kampaniyasına start verir.
Universal əmanət (depozit) məhsulundan yararlanan müştərilərimiz “Rabitəbank”a əmanət yerləşdirərək, kampaniyaya əsasən əmanət müddətin sonunda illik 9 faiz deyil, əlavə 3 faizədək bonus əldə edəcəklər. Müştərilərimiz yerləşdirdikləri əmanətin faizlərini aylıq, rüblük və müddətin sonunda ala biləcəklər. Həmçinin faizlərin ödənilməsi üçün plastik kartı tamamən ödənişsiz əldə edəcək və “Rabitəbank”dan əlverişli şərtlərlə kredit almaq imkanına sahib olacaqlar.
Kampaniyanın ən önəmli məqamı isə əmanət yerləşdirən müştərilərimizin adına ekologiyanı qorumaq məqsədli ağac əkiləcək və onlara rəsmi sertifikat təqdim ediləcək. Bu möhtəşəm kampaniyaya qoşularaq müştərilərimiz həm qazanacaq, həm də ekologiyanın qorunmasına töhfə vermiş olacaq. Kampaniya dekabrın 30-dək keçərlidir.
Qeyd edək ki, müştərilərin bütün əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Daha ətraflı məlumat almaq üçün: “http://bit.ly/yashil_qazanc”
Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri “Rabitəbank” 25 xidmət məntəqəsi, 68 ATM və “RabitabankBot” ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün “www.133.az” saytına daxil ola və ya “133” qısa nömrəsinə zəng edə bilərsiniz.