“Green Tech” MMC ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb








“Green Tech” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Cəlilabad Peşə Təhsil Mərkəzində “Peşə və Karyera İmkanları Günü” adlı tədbir uğurla təşkil edilib.
Tədbirin əsas məqsədi region gənclərinin peşə təhsili, əmək bazarındakı mövcud tələblər və karyera imkanları barədə məlumatlılığını artırmaq, onların əmək bazarına inteqrasiyasına dəstək olmaq və potensiallarını reallaşdırmaq üçün stimullaşdırıcı mühit yaratmaq idi.
Tədbir çərçivəsində tələbələrlə işəgötürənlər arasında birbaşa ünsiyyət mühiti formalaşdırılıb, iştirakçılara aktual vakansiyalar, təcrübə proqramları, CV hazırlanması və iş müsahibəsinə hazırlıqla bağlı praktiki məsləhətlər təqdim edilib. Həmçinin iştirakçılar Peşə Təhsil Mərkəzinin tədris infrastrukturu və texniki imkanları ilə yerində tanış olublar.
Günün əlamətdar hadisələrindən biri kimi, “Green Tech” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığın rəsmi əsasını qoymaqla yanaşı, peşə təhsili alan gənclərin real iş mühitinə inteqrasiyasına, təcrübə proqramlarında iştirakına, habelə birgə seminar, təlim və inkişaf yönümlü təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacaq.
“Green Tech” MMC olaraq gənclərin peşə bacarıqlarının artırılması, əmək bazarına hazırlıqlı kadr kimi daxil olması və onların uzunmüddətli karyera inkişafına dəstək göstərilməsi istiqamətində bu kimi təşəbbüslərin davam etdirilməsi prioritetlərimiz sırasındadır. İnanırıq ki, bu əməkdaşlıq region gənclərinin peşəkar inkişafına mühüm töhfə verəcək.
Sayt : https://greentech.az/
İnstagram: https://www.instagram.com/gozaltabiat_az/
Ünvan: “Green Tech” MMC,
Hava limanı, Zığ şosesi 14km 10.