Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Kapital Bank”ın sədri: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir

®  “Kapital Bank”ın sədri: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir

Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən biri də çeviklikdir. Yaranan yeni trendlərə və dəyişikliklərə operativ reaksiya vermək, sürətlə dəyişən bazar tələblərinə tez bir şəkildə uyğunlaşmaq üçün bir çox şirkətlər yeni müasir idarəetmə və iş üslubuna keçid almağa çalışırlar. “Kapital Bank” da bu tendensiyadan geri qalmadı. Bank maliyyə ekosistemini təkmilləşdirmək üçün biznes modelinin transformasiyası layihəsi çərçivəsində daha effektiv hesab olunan “Agile” idarəetmə üslubunu tətbiq etməyə başlayıb. AZƏRTAC dünya praktikasına nisbətən Azərbaycanda yenilik sayılan “Agile” metodologiyası, onun üstünlükləri və banka, eləcə də müştərilərə verəcəyi töhfələr haqqında “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin müsahibəsini təqdim edir.

-Hazırda dünya yeni dövrə keçir. Bir tərəfdən rəqəmsallaşma, digər tərəfdən isə qeyri-müəyyən müddətdə davam edəcək pandemiya şəraiti. “Kapital Bank” asan olmayan zamanda biznesi inkişaf etdirmək, bazarda olan lider mövqeyini saxlamaq üçün hansı addımları atır?

- Müasir dövrdə rəqəmsal texnologiyalar və qabaqcıl texnoloji həllər fərqli-fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar açır. Dünya rəqəmsallaşmaya doğru gedir və “Kapital Bank” da bu tendensiyada ən öndə gedən qurumlardan biri olmaq niyyətindədir. Bir sıra istiqamətlər üzrə bazarda olan lider mövqeyimizin, həmçinin dəyişkən bazar mühitində rəqabət üstünlüyümüzün qorunmasında yeni və müasir texnologiyaların rolu çox böyükdür. “Kapital Bank”ın 2018-2020-ci illəri əhatə edən inkişaf strategiyasının əsas istiqamətlərindən biri informasiya texnologiyaları sahəsinin inkişafı və rəqəmsal həllərin genişləndirilməsidir. Son illər ərzində bu sahədə ciddi irəliləməyimiz və əldə etdiyimiz nailiyyətlər çox qürurvericidir. Məqsədimiz odur ki, xüsusən də hazırkı pandemiya şəraitində milyonlarla fiziki şəxs və on minlərlə hüquqi şəxs olan müştərilərimiz, xidmətlərdən bankın filial və şöbələrinə gəlmədən məsafədən rahatlıqla yararlana bilsinlər. Burada təbii ki, fərdi müştərilər üçün təqdim olunan “BirBank” mobil bankçılıq tətbiqini və sahibkarların ixtiyarında olan müştəri bank sistemini vurğulamaq lazımdır. Bu servislər istifadəçilərinə xidmətlərdən real vaxt rejimində onlayn şəkildə faydalanmaq imkanını yaradır ki, müştərilərin bank əməliyyatlarına sərf etdikləri vaxtı minimuma enir. “BirBank” və müştəri bank vasitəsilə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün sistemlərdə daim təkmilləşdirilmə işləri aparılır, istifadəçilərə yeni imkanlar yaradılır. Həmçinin “Kapital Bank”ın əsas strateji hədəflərindən biri də tamamilə müştəriyönümlü bir quruma çevrilməkdir. Bunun üçün bank “Agile” metodologiyasına əsaslanan yeni idarəetmə üsuluna keçidin icrasına başlayıb.

- “Agile”ya keçidin arxasında nə dayanır?

- “Kapital Bank” bu günə qədər bir çox dəyişikliklərdən keçib. Bunların sırasında həm tarixi, həm də zamanın tələblərinə uyğun olan dəyişikliklər yer alır. Ən böyük transformasiya işlərindən biri kimi bir neçə il əvvəl həyata keçirdiyimiz biznes proseslərin, filial şəbəkəsinin və xidmətin transformasiyasını qeyd etmək olar. Bununla müştərilərimizə yeni bir bəyanat vermiş olduq ki, biz artıq geniş xidmət spektrli müasir maliyyə qurumuyuq. Qeyd etdiyiniz kimi, dünya yerində dayanmır. Zamanın tələblərinə uyğun olmaq üçün biz dəyişməliyik, çünki müştərilərimiz də dəyişir, inkişaf edir. Biz hər zaman müştərilərin yanında, insanların seçim etdiyi birinci bank olmaq istəyirik. Bunun üçün bir çox işlər görmüşük, lakin onlarla kifayətlənərək dayanmaq olmaz. Müştərilərin istəklərinə vaxtı-vaxtında öyrənib reaksiya vermək, artan tələblərinə uyğunlaşmaq üçün növbəti mərhələ olaraq rəqəmsal transformasiyanı həyata keçirməyə başladıq. Müasir şəraitdə rəqəmsal həllər üzərində qurulan biznes daha uğurlu olur. Pandemiya dövrü bunu bizə bir daha sübut etdi. “Agile”ya keçidi də məhz rəqəmsal transformasiyanın bir tərkib hissəsi kimi qiymətləndirmək olar.

-Ümumiyyətlə “Agile” idarəetmə üslubu nədir və “Kapital Bank”a hansı üstünlükləri gətirəcək?

- Bu gün biznesdə müsbət nəticələr əldə etmək üçün müştərilərin tələblərinə çevik şəkildə reaksiya verməyi bacarmalısan. Şirkətlər, qurumlar, eləcə də maliyyə sektorunun iştirakçıları sürətlə dəyişən bazara, yüksək rəqabətə və artan təzyiqə tab gətirib, inkişaf etmək üçün yeniliklərə və innovasiyalara açıq olmalıdırlar. Öncə qeyd etdiyim bir çox istiqamətlərdə transformasiyanı əhatə edən inkişaf strategiyası bankın “Agile” yanaşmasına keçidini də nəzərdə tutur. Əslində dünya təcrübəsinə diqqət yetirsək görərik ki, qabaqcıl qlobal şirkətlər son bir neçə ildir ki, bu sistemi müvəffəqiyyətlə tətbiq edir. Azərbaycanda isə bu son zamanlar aktuallaşıb və yayılmağa başlayıb. Ölkənin ən iri və innovativ banklarından biri olaraq, “Agile” menecment yanaşmasının tətbiqinə biz də başladıq. “Agile” üslubuna keçid daxili iş proseslərinin, struktur idarəetmənin və hətta korporativ mədəniyyət modelinin yenidən qurulmasını nəzərdə tutur. “Agile” bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Məsələn, yeni modelin əsas prinsiplərindən biri odur ki, müxtəlif struktur bölmələrində çalışan əməkdaşlar konkret layihə və ya məhsul üzərində birgə komanda şəklində işləyirlər. Əvvəllər zəncirvari proseslə hazırlanan bir məhsulda və ya icra olunan layihədə hər hansı dəyişikliyin, yeniliyin edilməsi bir neçə instansiyadan keçən, çox mərhələli bir proses idi. İndi komandaların funksional qruplar şəklində qurulması onlara iş prosesində məhsulları sınaqdan keçirməyə və yeni fikir yarandıqda onu çevik və yerində, rahat bir şəkildə reallaşdırmağa şərait yaradır. Xidmət və məhsullar artıq real zaman rejimində planlaşdırılır, hazırlanır və test edilərək ərsəyə gətirilir. Bir qədər çətin səslənsə də, nəticədə, bununla bank daxilində iş prosesləri xeyli yüngülləşəcək və səmərəlik artacaq. Hətta qeyd edim ki, artıq bir sıra layihələri məhz bu formada icra etməyə başlamışıq. “Agile” yanaşmasının “Kapital Bank”a verəcəyi töhfələr haqqında çox danışmaq olar, lakin “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir.

- Bəs “Agile” yanaşması müştərilərə nə verəcək, onları hansı yeniliklər gözləyir?

- İlk növbədə, biz müştəriyönümlü düşüncə modelinin formalaşdırılmasını həyata keçirməyə çalışırıq. “Agile” metodologiyasının əsas dəyərlərindən biri elə müştərilərlə əməkdaşlığın üstünlüyündən bəhs edir. Əməkdaşlıq dedikdə, insanların ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin onların istəklərinə, gözləntilərinə uyğun şəkildə işlənib hazırlanması nəzərdə tutulur. Bu yanaşma ilə müştərilər birbaşa inkişaf prosesində iştirak etmiş olurlar. Misal üçün məhsul və ya xidmətlə bağlı hər-hansı bir yeniliyi tətbiq etməzdən əvvəl müvafiq rəy sorğuları, lazım gəldikdə fokus-qruplar təşkil olunur. Bu yenilik geniş istifadəyə verilməzdən əvvəl isə müştərilərdən ibarət kiçik könüllü qruplar onu test edə bilir. Beləliklə, biz istifadədə maksimum rahat və müştərilərin ürəyincə olan variantı geniş kütlələrə təqdim etmiş oluruq. Düşünürəm ki, “Agile” idarəetmə bank əməliyyatlarının çevik həyata keçirilməsi və rəqəmsal kanallar vasitəsilə daha effektiv müştəri əlaqələrinin qurulmasına xidmət edir. Bütün bu proseslər xidmət səviyyəsinin artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlib.

-Müsahibədə bir neçə yerdə “Agile” yanaşmanın, həmçinin bankdaxili mədəniyyətin dəyişəcəyini də qeyd etdiniz. Hazırkı əməkdaşlar və gələcəkdə banka cəlb etmək istədiyiniz kadrlardan gözləntiləriniz nələrdir?

-İndiyədək müxtəlif məhsullar üzrə qərarları bankın rəhbər strukturları, şəxsləri verirdilərsə, artıq bazara təqdim olunan hər bir layihə, məhsul və ya xidmət üzrə istənilən dəyişiklik yalnız müştəri tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu dəyişikliklərin tətbiqi isə həmin məhsula cavabdeh komanda tərəfindən icra olunacaq. “Agile” ilə kross-funksional idarəetmə mədəniyyətinə keçid bankın hazırkı işçi heyətindən daha çox komanda şəklində işləmək, çevik reaksiya göstərmək, bəzi hallarda yerində qərar vermək bacarıqlarını tələb edir. Öz növbəmizdə, rəhbərlik olaraq biz əməkdaşları və onların qərarlarını dəstəkləyib, daha çox etimad göstərməyə hazırıq. Həmçinin qeyd etmək istərdim ki, yeni trendlərlə zəngin, inkişaf edən və dəyişkən bazar mühiti ilə ayaqlaşmaq, qabaqcıl texniki yeniliklər tətbiq etmək üçün təbii ki, güclü komandaya, savadlı, çərçivələrdən xaric düşünə bilən kadrlara böyük ehtiyac var. Odur ki, bankın indiki işçi heyəti layihənin tətbiqi ilə həmişə öyrəşdiyi iş üsullarından başqa müstəviyə, fərqli iş metodlarına adaptasiya olunur. Bu prosesdən daha yumşaq və rahat keçmək üçün onlara yeni kompetensiyalara uyğun təlimlər, kouçinq sessiyaları, liderliyin inkişafı üçün proqramlar tətbiq edilir. Hətta bir məqamı da qeyd edim ki, “Agile” sistemi ilə işləyəcək struktur bölmələrimizi yeni konseptdə birləşdiririk. Həmin əməkdaşlara daha çox rahatlıq və sərbəstlik yaratmaq üçün bank daxilində kreativ bir mühit - “BirStudio”nu qururuq, beləliklə onlar “Kapital Bank”ın əməkdaşları olmaqla yanaşı, həm də “BirStudio”nun tərkib hissəsi olacaqlar. Bununla yanaşı, bankda indiyə qədər mövcud olmayan bir sıra yeni vakansiyalar da yaranır. Biz istəyərdik ki, özünə güvənən, açıq düşüncəli, çərçivələrlə özünü məhdudlaşdırmayan, kreativ gənclər də bizim komandaya qoşulsunlar. Onlar bizimlə birlikdə xidmət sektorunu, bu sektorda müştəri ilə işləməyin yeni üsullarını və bu istiqamətdə yeni yanaşmaları öyrənəcəklər, həmçinin bazar üçün əhəmiyyətli dəyişikliklərin müəllifi olmaq şansı qazanacaqlar. Əgər əvvəllər bank dedikdə, insanlar daha çox sərt intizam qaydaları, bürokratik əngəlləri olan bir qurum təsəvvür edirdilərsə, biz o təsəvvürü 180 dərəcə dəyişmək üçün müəyyən addımları atmışıq. “Kapital Bank” yenilənir və indi mövcud stereotiplərdən kənar, sərbəst, kreativ, dostyana atmosferi olan bir quruma çevrilir. Necə deyərlər növbəti transformasiyanın təməli qoyulub. Misal üçün, ötən il arxa ofis əməkdaşları üçün tamamilə sərbəst geyim tərzinə keçid baş verib. Tətbiq edəcəyimiz yeni yanaşmaya əməkdaşlarımızı hazırlamaq üçün komanda quruculuğu və liderliyin inkişafı istiqamətində bütün bankı əhatə edən silsilə təlim və tədbirlər həyata keçirilib və bu proses bu gün də davam edir. “Agile” idarəetmə ilə fərqli, yenilikçi korporativ mühiti, əməkdaşları və müştəriləri ilə partnyor olan, daha səmərəli və çevik, rəqəmsal “Kapital Bank” olmağa hazırıq. Bu yolda bizimlə bərabər addımlamaq istəyən bütün gəncləri komandamıza qoşulmağa dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

Fransada restorana qumbara atılıb, azı 12 nəfər yaralanıb

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

USAID-in Balkan regionundakı “fəaliyyəti”

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər - TƏDQİQAT

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir

Almaniya Ukraynaya 100-ə yaxın idarə olunan raket verir

Nazir: Türkiyə ilin sonuna qədər svop sxemi ilə 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Tədqiqat: Qan dövranını yaxşılaşdıran siqnal molekulu piylənmə ilə əlaqəli insulin müqavimətini artırır

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Çempionlar Liqası: “Bavariya”dan səfər qələbəsi, “Milan” “Feyenoord”a uduzub

“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib

Pentaqon: ABŞ enerji resurslarının qiymətini aşağı salmaqla Rusiyanı danışıqlara məcbur edəcək

Zelenski: Kiyev ABŞ-dan təbii ehtiyatlarla bağlı saziş layihəsi alıb

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər

Putinlə Tramp arasında telefon danışığı olub

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Azərbaycanda keçiriləcək MDB Oyunlarında digər ölkələrin idmançıları da çıxış edə bilərlər

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib

UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir

İlon Mask NATO-nu tamamilə yenidən qurmağa çağırıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu - ŞƏRH

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsi ilə qlobal siyasətdə diqqət çəkən bütün suallara aydınlıq gətirdi ŞƏRH

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar müəyyənləşib

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Ötən il “Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib

Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir MÜSAHİBƏ

Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

Politoloq: Fransanın siyasətinə böyük etimadsızlıq yaranıb

Dövlət Komitəsinin sədri: Keçən il Uşaq və Ailələrə Dəstək mərkəzlərinin xidmətlərindən 25 min 354 nəfər faydalanıb

E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin STRUKTURU

AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Britaniya hökuməti miqrantların deportasiyası üçün 392 milyon funt sterlinq ayırır

Avropa İttifaqı qazın qiymətləri ilə bağlı yeni məhdudiyyətlər barədə fikirləşir

Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Şalva Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması ədalətsizlik deyil, siyasi qisasdır

"Arsenal"ın aparıcı futbolçusu üçün mövsüm erkən başa çatıb

“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Böyük Britaniya saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi BMU-da infosessiya təşkil edib

Keçən il Naxçıvanda 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Prezident Hasan Şeyx Mahmud: Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik

Somali Prezidenti: Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir

Azərbaycan Prezidenti: Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

Qobustanda sahibkarlarla görüş keçirilib

Prezident: Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb

AMEA şərqşünasları Moldovada keçirilən beynəlxalq konfransda məruzə ediblər

Prezident İlham Əliyev: Bu səfər Azərbaycanla Somali arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ötən ilin yekunları müzakirə olunub

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Macarıstanda unikal onkoloji cərrahiyyə əməliyyatı uğurla nəticələnib

“Culfa” gömrük postunda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb

Şəhidə həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirilib

Azərbaycan və Özbəkistan elmi əməkdaşlıq əlaqələrini genişləndirir

"Abşeron" voleybol klubunun baş məşqçisi: Avrokuboklarda tarix yazmaq istəyirik - MÜSAHİBƏ

Əlcəzair Fransadan idxalı sıfra endirir

Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb

Cəlilabadda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Paşinyan Qərbi Azərbaycan İcması barədə iddiaları ilə reallığı təhrif edir ŞƏRH

Azərbaycan badmintonçusu: İspaniya ilə matçda uğur qazana biləcəyimizə inanıram

BƏƏ-nin naziri: 2050-ci ilədək 20 milyarddan çox robot insanlara xidmət edəcək