Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları, həkim-rezidentlər, 1 və 2 saylı Bakı Tibb kolleclərinin təcrübə keçən tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd edilməsi, Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən bu illər ərzində həyata keçirilən tədbirlər, bu günün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının məqsədi dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni yaymaq, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Rəis müavini deyib: “Azərbaycan Respublikası 1933-cü ildə bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilib və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının rəsmi ad günü sayılan 1 Mart Ümumdünya Mülki Müdafiə Günü 1995-ci ildən başlayaraq, hər il bu humanitar təşkilata üzv olan dövlətlərdə müvafiq kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Həmin tədbirlərin keçirilməsində məqsəd - ictimaiyyətin diqqətini məhz qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir”.

Rəis müavini Fərid Əbilov çıxışının sonunda Mərkəzi Gömrük Hospitalında keçirilən tədbirin işinə uğurlar arzulayıb.

Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev mülki müdafiə işinin daim nəzarətdə saxlanılmasının, təkmilləşdirilməsinin və fövqəladə halların idarə edilməsi mexanizmlərinin gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. Baş həkim çıxışında bildirib: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışından sonra əhalinin təhlükəsizliyi sahəsində də geri dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi dövlət sisteminin bir hissəsi olaraq inkişaf etmiş və mülki müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir. Bu, ölkəmizdəki müvafiq sahənin günü-gündən təkmilləşdiyini və Ulu Öndərin irsinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyinin nümunəsidir. Lakin nəzərə almaq lazımdır ki, ümumi idarəetmə ilə yanaşı, mülki müdafiənin təşkilində həm də hər kəsin öz rolu var. Bu baxımdan aydın məsələdir ki, tibb müəssisəsi və tibb işçiləri olaraq bizim rolumuz da mülki müdafiənin təşkili aspektindən olduqca vacib əhəmiyyət daşıyır”.

Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov “Azərbaycan Respublikası mülki müdafiəsinin əsas vəzifələri və Mərkəzi Gömrük Hospitalında həyata keçirilən mülki müdafiə tədbirləri” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və fövqəladə hallarda mülki müdafiənin rolu” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay

NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib

Devid Kemeron: Britaniya İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istəyir

Olimpiya məşəlinin tarixi

“Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib

Mehmandarovun dəvəti ilə Lənkərana gəlib məktəb açan elm fədaisi - Mirzə İsmayıl Qasir

Gürcüstanda buğda istehsalı 6,5 faiz azalıb

Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

Barat Yusubov: Yay aylarında Yeni Klinikaya Avropadan 150-dək tələbə istehsalat təcrübəsinə gələcək

BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı dəstək verməyə hazırdır

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Çerniqova raket hücumu nəticəsində 11 nəfər həlak olub VİDEO

Türk ekspert: Ermənistan Qərbin “təhlükəsizlik çətiri” altına sığınaraq özü üçün zəmanət təminatı yaratmağa çalışır

Qazaxıstanlı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olublar

Ermənistanın baş naziri Azərbaycanla sərhəd bölgəsinə yenidən səfər edib

“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər ediləcək

® “Unibank” birinci rübün maliyyə nəticələrini açıqlayıb

Professor Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri üzvü seçilib

“Dövlət rüsumu haqqında” haqqında qanuna dəyişikliklər edilməsi təklif edilir

Sadiq Qurbanov: Bu gün dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

Energetika naziri: Azərbaycan bərpa olunan enerji sahəsində aparıcı ölkələrdən birinə çeviriləcək

Kuklaçılar bayramı başlayır

Nazir: Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq

FHN paytaxtın Suraxanı rayonundakı 84 nömrəli məktəbdə təlim keçirib

Venesuela Ekvadordakı bütün diplomatlarını geri çağırır

Komitə rəsmisi: Torpaq Məcəlləsində sahilboyu zolaqla bağlı ayrıca müddəalar müəyyən olunub

Azərbaycanlı şairlər “Retro” mövzusunda poeziya yarışında iştirak ediblər

Nazir müavini: Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməlidir

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

Aynur Sofiyeva: Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var

Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib

Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub

Filippin Respublikasının Prezidenti Ferdinand Markosdan

Ukraynada yeni səfərbərlik qanunu mayın 18-də qüvvəyə minəcək

Azərbaycan şahmatçısı: Nicat Abasova psixoloji amil də təsir göstərir

Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib

“Paris-2024”ə vəsiqə qazanmış Azərbaycan yığmasının basketbolçusu: Nəticəmiz fantastikdir

Nazir müavini: Son 5 ildə yeniyetmələr arasında xəstələnmə halları artıb

Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Rəssam: Fikirlərimi sənətsevərlərə əsərlərimlə çatdırmaq istəyirəm

Politico: Britaniya XİN başçısı Baş naziri kölgədə qoymağa başlayıb

Çerniqov raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var

Hacettepe Universitetinin professoru ADPU-da magistrantlar üçün modul dərslər keçir

Vergiödəyicilərinin sayı 7,5 faiz artıb

Ziyad Səmədzadə: Xəzər dənizi ilə bağlı elmi araşdırmaların aparılması labüddür

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası açılıb

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Yeni Klinika elektron tibbi qeydiyyatın adaptasiyası modulu üzrə beynəlxalq sertifikata layiq görülüb

AzMİU-nun yeni yaradılan Dizayn fakültəsində tələbələri nələr gözləyir?

Deputat: Xəzərdə yaradılacaq torpaq sahələrinin zəlzələlərə davamlılığı məsələsi də qanun layihəsində əks olunmalıdır

Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib

Hicran Hüseynova: İqlim dəyişiklikləri qadınlara və kişilərə müxtəlif formada təsir edir

Azərbaycan bilyardçısı Avropa çempionu olub

Komitə sədri: İnsanlarda xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır

Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Bu gün unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

DGK sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

Naxçıvanda 1500-dən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq

Yevlaxda aqrar sahə üzrə yeni texnologiyalar nümayiş olunacaq

Mart ayında müavinət və təqaüd alanlar 844 min nəfərdən çox olub

Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib

Kopenhagendə on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 12 beynəlxalq mükafata layiq görülüb

İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısına qarşı

® “Gardashlar Mebel” Azərbaycana metal mebel idxalına qarşı yerli istehsala çağırış edir

Tramp rəqibi Baydendən 75 milyon dollar az ianə toplayıb

Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

“Avey” Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Milan vağzalı ən yeni optik illüziyanın köməyi ilə “Milad”ı görür

Opera səhnəmizin əfsanəsi

FHN: Ötən sutka 8 nəfərin həyatı xilas edilib

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

® Dosent İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

“Məktəb liderliyi” proqramı çərçivəsində modullar üzrə yekun qiymətləndirmə başa çatıb

Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür

Tovuz istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter zərərsizləşdirilib VİDEO

Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub

Əsgəran avtomobil yolunun inşasına start verilib VİDEO

Nehrəm qəsəbəsində 102 ev içməli su ilə təmin olunub

Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni sərəncamlar imzalayıb

DİN: Qanunsuz odlu silahlar aşkarlanaraq götürülüb

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

Naxçıvanda üç ayda 40 icarə müqaviləsi bağlanıb

“BS-Avtomatika” MMC-də BMU-nun kafedrasının filialı yaradılacaq

DİN: Ötən gün ölkə ərazisində 67 cinayətin üstü açılıb