İQTİSADİYYAT
® Ödənişləri “ABB mobile”da qazandığınız Faydalarla edin

“ABB mobile” tətbiqinin imkanları daha da genişlənib. Tətbiqə Fayda proqramı ilə bağlı yeni funksiya əlavə edilib. “ABB mobile” vasitəsilə toplanmış Faydalarla indi ödənişlər də aparmaq olar.
Fayda ABB-nin loyallıq proqramıdır. Ödənişlərini “ABB mobile” tətbiqi ilə edən bütün müştərilər Faydalar toplayırlar. İndiyə qədər Faydalarla yalnız hədiyyələr qazanmaq olurdu. İndi isə Faydalarla elə “ABB mobile”dan müxtəlif kommunal, rabitə, vergi və sair ödənişləri də aparmaq mümkündür. Fayda proqramı tətbiqin “Sizə özəl” bölməsindədir. Müştəri “ABB mobile” tətbiqində qeydiyyatdan keçəndə ilkin olaraq 2000 “Xoşgəldin Faydası” qazanır. Ondan sonra tətbiqdə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni Faydalar qazandırır.
Toplanmış Faydaları balansda dərhal görmək olur. Faydalar 1 il müddətində qüvvədədir. “ABB mobile” istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.