Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur

®  Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur

Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə transplantasiya qüsurlu orqanın transplantasiyası və sağlam orqanın dəyişdirilməsidir. Qaraciyər, böyrək və ürək çatışmazlığının müalicəsində transplantasiya son ümid hesab edilir. Transplantasiya bu gün elm tutumlu və dinamik inkişaf etməkdə olan müasir tibb texnologiyalarından biridir.

Müasir dünyada orqan köçürülməsi tibbin ən böyük nailiyyətlərindən sayılır. Hazırda dünya üzrə nəql olunan orqanlar - böyrək, qaraciyər, ürək, ağciyər, mədəaltı vəzi, nazik bağırsaqdır.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d., səhiyyə əlaçısı Mircəlal Kazımi Azərbaycan Respublikasında ilk dəfə qaraciyər transplantasiyasını icra etmiş, bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirmişdir. Azərbaycanda icra olunan böyrək transplantasiyası əməliyyatlarının 90 faizini Mircəlal Kazımi həyata keçirib.

Son illər böyrək çatışmazlığı dünyada çox geniş yayılıb və bu problemdən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dializ aparatlarına qoşulmaqla, hər gün böyrək köçürülməsi ümidi ilə yaşayır. Eyni zamanda, yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.

Hazırda Azərbaycanda orqan transplantasiyası ilə bağlı vəziyyət necədir? Xəstələrin bu yolla normal həyata qayıdışı mümkündürmü və bunun üçün ölkə hüdudlarında orqan transplantasiyası əməliyyatlarına götürülən xəstələr hansı fəsadlar yaşayır? Bu və digər suallarla Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, t.ü.f.d., yüksəkixtisaslı həkim, öz işinin peşəkarı Mircəlal Kazımiyə müraciət etdik.

-Doktor, orqan transplantasiyası nə üçün lazımdır və nəyə görə onun bütün dünyada getdikcə aktuallaşması müşahidə olunur?

- Sağlamlıq bəşər övladına bəxş edilən ən böyük nemətdir. İnsan həyatının müqəddəsliyi əsas dəyərlərdən biridir.

Orqan donorluğu həyatları xilas edir, gözlənilən ömür müddətini artırır və orqan transplantasiyası alan insanların həyat keyfiyyətini yaxşılaşdırır. Orqan donorluğuna razılıq qarşılıqlı yardım və həmrəylik dəyərlərini, bir-birimizə kömək etdiyimizi və bir-birimizə ehtiyacımız olduğunu başa düşməyi ehtiva edir.

Xəstənin zədələnmiş orqanının donordan sağlam və işlək orqanı ilə əvəz edilməsinin tibbi proseduru tibb elminin daimi tərəqqisi sayəsində baş verir.

Orqan transplantasiyası sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün yeganə şansdır.

- Ölkəmizdə orqan transplantasiyasına nə vaxtdan başlanıb və onun indiki vəziyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanda ilk dəfə orqan transplantasiyası 1971-1972-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunan böyrək transplantasiyası əməliyyatı olub. Bir müddət sonra bu əməliyyatlar dayandırılıb. 1990-cı illərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra professor Kamal Abdullayevin rəhbərliyi ilə xarici mütəxəssislərin köməyi ilə 20-yə yaxın böyrək transplantasiyası həyata keçirilib və bununla ölkəmiz Mərkəzi Asiyada və Qafqazda orqan transplantasiyası intibah dövrünü yaşamağa başlayıb. İlk dəfə olaraq Azərbaycan Respublikasında mənim rəhbərliyim altında canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi. Yəni, Azərbaycanda mən ilk qaraciyər transplantasiyası əməliyyatını icra etdim. 2010-cu ildən etibarən peşəkar komandamız yarandı və azərbaycanlı həkimlərdən ibarət qrup formalaşdı, qrupa Türkiyədə, İngiltərədə, Yaponiyada təhsil almış mütəxəssislər qoşuldu. Nəticə etibarilə sırf azərbaycanlı kadrlardan ibarət olan qrup yaradıldı və aktiv surətdə orqan transplantasiyası əməliyyatlarını icra etməyə başladıq.

Hal-hazırda bizim ölkəmizdə canlı transplantasiya proqramı işləndiyi üçün yalnız canlı qohum donorlardan alınan qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 2008-ci ildən sonra isə mən deyərdim ki, Azərbaycanda orqan transplantasiyası dövrü yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, məhz azərbaycanlı həkimlərin komandaya qoşulması sayəsində baş verib. Bizim sayəmizdə bu işlər görülməyə başlayıb. İlk əvvəl orqan transplantasiyası bir neçə səbəbdən qəribə gəlirdi. Birincisi, həkimlərimiz orqan köçürülməsi əməliyyatlarına şübhə ilə yanaşırdılar. Eləcə də, xəstələr əsasən bu məqsədlə xarici ölkələrə gedirdilər, ölkədə həkimlərə, orqan köçürülməsinə inam yox idi.

Azərbaycanda biz ilk dəfə bu əməliyyatlara başlayandan sonra xəstələrin bizə inamı artdı. Onlar hətta donorlar da tapıb gətirir və sağlamlıqlarını bizə etibar edirdilər. Mən qürur duyuram ki, indi Azərbaycanın tibb tarixində bizə müraciət edən və inanan xəstələr var. Bu, şəxsən mənim üçün böyük uğurdur ki, mən Azərbaycan tibb tarixində ilk dəfə qaraciyərin köçürülməsini müvəffəqiyyətlə icra etdim və biz ilk dəfə Azərbaycan həkiminə böyük inamın yaranmasını əldə etdik. Xəstələr artıq transplantasiya əməliyyatı üçün xarici ölkələrə üz tutmurlar. Bu da bizim özümüz və dövlətimiz üçün böyük bir prestij yaradır. Mən hər zaman fəxr edirəm ki, dövlətimizin bizə ayırdığı maddi dəstək hesabına təhsilimizi davam edib vətənimizə qayıtdıq və işimizi həyata keçirməyə başladıq.

- Bu günə qədər neçə orqan transplantasiyası əməliyyatı icra etmisiniz? Onların hamısı uğurlu olubmu?

- Bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatı icra etmişik. Təbii ki, mən təkcə orqan transplantasiyası ilə məşğul deyiləm. Mən həm də ümumi cərraham, ona görə də, ən mürəkkəb sayılan qaraciyər, böyrək, mədəaltı vəzi, öd yolları üzərində aparılan ümumi cərrahi əməliyyatları Mərkəzi Gömrük Hospitalında uğurla icra edirik. Bunun üçün zəruri olan həm insan resursu, həm texniki imkanlar mövcuddur, hər işdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyini görürük. Əməliyyatların uğurla başa çatması üçün reanimasiya və digər yardımçı xidmətlərin peşəkar işini qeyd etmək istəyirəm. Bizim hospitalda icra olunan ən mürəkkəb cərrahi əməliyyatlar peşəkarlardan ibarət komandanın birgə işidir.

Bizə müraciət edən xəstələr arasında ağır vəziyyətdə və gecikmiş fazada xəstəxanaya çatdırılan xəstələr olur. Orqan transplantasiyası əməliyyatı adi bir cərrahi əməliyyat qrupuna aid deyil, o, xəstənin ailəsi və həkimlər tərəfindən xəstəyə yaşamaq üçün verilən bir şansdır. Təsəvvür edin, əməliyyat edirəm, qaraciyəri sirroza uğramış xəstənin hər hansı orqanı tamamilə çıxarılır, onu başqa orqanla əvəz edirik və ya xəstəyə yeni böyrək köçürülür. Xəstə yeni dərmanlar alır və dərmanlarla xəstənin bütün orqanizmi dəyişir. Bizim əməliyyat etdiyimiz xəstələr arasında məsələn, qaraciyər transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 85 faiz, 3 il həyatda qalma faizi 72-76, 5 il həyatda qalması isə 65 faizdir. Bu çox ciddi rəqəmdir. Böyrək transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 95-98 faiz, yəni əməliyyat olunmuş 100 xəstədən 98-i həyatda qalır, həyatını normal orqanla davam etdirir, 2 il həyatda qalması 88-90 faiz, 5 il həyatda qalması 75-78 faizdir. Bu, artıq ciddi bir rəqəmdir və bütün dünyada qəbul olunub. Qaraciyər transplantasiyası proqramımız Avropa qaraciyər transplantasiyası reyestri tərəfindən tanınıb və biz ora üzv qəbul olunmuşuq. Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik.

-Mircəlal həkim, ciddi və riskli sahədə işləyirsiniz. Nəticələriniz barəsində nə deyə bilərsiniz?

-Lazımi və zamanında müayinələrə getmək çox vacibdir. Profilaktik müalicələri almayan xəstələr əməliyyat üçün son anda, tükənmiş vəziyyətdə gəlirlər. Təbii ki, bu bilavasitə əməliyyat nəticəsinə təsir edir. Lakin buna baxmayaraq istər böyrək, istərsə də qaraciyər transplantasiyası nəticələrimiz dünya mərkəzlərinin nəticəsi kimidir. Məhz buna görə də European Liver Transplant Registry Mərkəzinə qəbul olunmuşuq.

Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərdiyim illər ərzində bir çox ilklərə imza atdıq. Qazandığımız nailiyyətlər arasında bəzilərinin adlarını çəkmək istərdim. İlk dəfə olaraq 7 aylıq (6 kiloqram) körpəyə qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatları məhz bizim tərəfimizdən icra olunub.

-Orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?

-Ümumilikdə, orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20 faizdir. 100 əməliyyat olunmuş xəstənin 20-sində fəsadlar ola bilər. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, dərmanların təsirinə reaksiyası, başqa xəstəliklərinin olması və digər məsələlər ilə əlaqədardır.

-Həyata qaytardığınız xəstələr yeni köçürülmüş orqanla normal həyat sürə bilirlərmi? Bu yeni orqanla yaşamaq hansı müddətə hesablanır? Buna mane olan səbəblər varmı və bunları necə aradan qaldırmaq olar?

-Bilirsiniz, orqan köçürülməsi əməliyyatından sonra hər şey öz qaydası ilə getdiyi halda xəstələr normal həyatlarına qayıdırlar. Normal cəmiyyətə, ailələrinə, sosial işlərinə, əmək və əqli fəaliyyətlərinə davam edirlər. Bu xəstələr arasında müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar var. Hətta idmançılarımız var ki, onlar əməliyyatdan sonra idmana qayıda biliblər. Xəstələrimizdən 11 nəfəri əməliyyatdan sonra dünyaya övlad gətiriblər. Transplantasiya olunmuş xəstələr sadəcə unutmamalıdırlar ki, onlara qohumları tərəfindən orqanlar bəxşiş edilib və o əmanəti mütəmadi müayinələrdən keçməklə və dərman preparatlarını qəbul etməklə, sağlam həyat tərzi aparmaqla həmin orqanı qoruyub saxlamalıdır.

-Orqan transplantasiyası üçün donorlar necə axtarılır və xəstə onu hansı müddət ərzində gözləməli olur? Təcili donor lazım olduqda onları necə tapırsınız?

-Bu tək bizi yox, bütün dünyanı maraqlandıran aktual məsələdir. Çünki xəstələrin sayı getdikcə artır, donorların sayı isə xəstələrin sayı ilə tərs mütənasibdir. Hazırda yalnız qohum olan canlı donorlardan orqan transplantasiyalarını edirik və düşünürəm ki, yaxın gələcəkdə qanunvericilikdə orqan transplantasiyası ilə bağlı baş verən dəyişikliklər donorların sayının artmasına imkan verəcək. Hazırda Milli Məclis tərəfindən qanun layihəsi işlənilir, orqan transplantasiyası haqqında qanuna dəyişikliklər olacaq.

Bütün orqan çatışmazlığından yetərli qədər əziyyət çəkən xəstə var. Təəssüf ki, biz hal-hazırda yalnız canlı donorlu orqan transplantasiyası etdiyimizdən, qaraciyər və böyrək transplantasiyası ilə kifayətlənirik. Bizim də digər dövlətlərdəki kimi meyit orqanının istifadəsinə ehtiyacımız var. Bu məsələ də öz həlli yoluna düşsə, canlı donor şansı olmayan xəstələr də bundan faydalanıb sağlamlıqlarına qovuşacaqlar. Düşünürəm ki, meyit orqanlarından istifadə edəcəyimiz günlər yaxındadır. Mən buna şəxsən inanıram, çünki Prezident İlham Əliyev tərəfindən yenilənmiş Qanun qüvvəyə minib və bu iş üzrə fəaliyyət planı var. Nəticəsi tezliklə olacaq.

-Hər kəsə məlumdur ki, orqan transplantasiyası əməliyyatının icrası bütün dünyada çox bahalı prosedurdur. Müxtəlif ölkələrdə qiymətlər fərqlidir. Əhalinin hər təbəqəsindən olan vətəndaşlarımızın bu əməliyyata imkanı yoxdur. Bu barədə nə deyə bilərsiniz?

-Çox şükürlər olsun ki, son vaxtlar əhalinin bu əməliyyatlara əlçatanlığını təmin etmək üçün Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə qaraciyər və böyrək transplantasiyası əməliyyatları da daxil edilib. Hazırda Hospitalımızın Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqlar komandası tərəfindən 2023-cü ilin avqust ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.

-Doktor, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlcəzair və Venesuelanın enerji şirkətləri anlaşma memorandumu imzalayıb

Suraxanıda silah-sursat aşkar edilərək zərərsizləşdirilib

Mərkəzi Bank Qubada vətəndaşların müraciətlərini dinləyib

Ən çox qızıl ehtiyatı olan ölkələrin siyahısı açıqlanıb

Dosent: Azərbaycan üçün ən vacib məsələlərdən biri texnoloji inkişafla bağlıdır

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakini saxlanılıb

“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

Milli Müdafiə Universitetində TƏBİB-in əməkdaşları ilə keçirilən intensiv ingilis dili kursu yekunlaşıb

 “Divanü lüğat-it-türk”ün I cildi nəşr olunub

Vətən müharibəsi şəhidlərinə aid olan əşyaların sərgisi keçirilib

Azərbaycan və İraq arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanda ən çox uzunömürlülərin yaşadığı bölgələrin adları açıqlanıb

Ötən gün 11 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlər zamanı yoluxmaya şübhəli hala rast gəlinməyib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 200-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Energetika naziri Əlcəzairdə GECF-nin 7-ci Sammitində iştirak edəcək

Xankəndidə silah-sursat aşkarlanıb

Sankt-Peterburqda yaşayış binasına PUA hücumu olub

Dünya birjalarında neft bahalaşıb

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bəhlul Mustafazadə: "Braqa" ilə oyundakı ssenarini "Bayer"ə qarşı da təkrarlamaq istəyirik

İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikdən sonra orada reintroduksiya işləri həyata keçiriləcək

FHN: Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Prezident İlham Əliyev: Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Azərbaycan Premyer Liqası: “Zirə” “Turan Tovuz”u, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək

Bərdədə mənzildə kişi meyiti tapılıb

Göygöldə silah-sursat aşkarlanıb

Hazır qidalar insanlarda nə üçün asılılıq yaradır?

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır

Ekspert: Fransa sülhdən danışır, amma real hərəkətləri ilə müharibəni təşviq edir

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb

Salyan rayon sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutulub

Yevlaxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Bakıda “Abilimpiks-2023” çempionatının mükafatçıları mükafatlandırılıb

İtaliya A Seriyası: “Milan” səfərdə “Latsio”nu minimal hesabla üstələyib

Yevlaxda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Təhsilin ömrü uzatdığı məlum olub – Araşdırma

Almaniya Bundesliqası: “Bavariya” növbəti dəfə xal itirib

Türkiyə və Türkmənistan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər

İtaliyanın Baş naziri: İnsan alverçilərinə qarşı qlobal ittifaqın yaradılması vacibdir

İlon Mask “OpenAI” şirkətini və onun rəhbərini məhkəməyə verib

İtaliya mətbuatı Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən iclaslardan yazıb

Qod Nisanova “Dostluq” ordeni təqdim olunub

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Türkiyə 2030-cu ilədək “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır

Krasnodarda erməni odlu silahdan atəş açaraq afrikalı biznesmeni öldürüb

Türkiyədə “Şərq ekspresi”nə yeni alternativlər işə salınacaq

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs ölüb

ADPU-nun Şəki filialında M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunan intellektual yarış təşkil edilib

Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Finlandiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz YAP nümayəndə heyətini qəbul edib

ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub

YAP nümayəndə heyəti III Antalya Diplomatiya Forumunda iştirak edir

Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub

AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlığa başlayıb

Ceyhun Bayramov: TDT-yə üzv dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

Azərbaycan-Slovakiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsi vacibdir

Vergi güzəştləri təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını dəstəkləyir

Son bir ayda Azərbaycanda COVID-19 infeksiyasına 514 yoluxma faktı qeydə alınıb

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib

Bundestaqın deputatı: Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir VİDEO

Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılır

Energetika naziri və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı mətbuat üçün bəyanat yayıb

Göyçayda kanalda batdığı ehtimal olunan kişinin axtarışları davam edir

Pərviz Şahbazov: Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib

Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında nəşr Londonda kitabxanaya hədiyyə edilib

Gürcü nazir: Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına yönəlmiş layihələri dəstəkləyir

Kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb

SOCAR-ın Rumıniya bazarında fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Masallıda “Mercedes” markalı iki avtomobil toqquşub, yaralılar var

SOCAR-ın prezidenti Moldovanın energetika naziri ilə görüşüb

Səfir: Slovakiya Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Dövlət satınalmalarına nəzarət tədbirləri nəticəsində 9,5 milyon manata qənaət edilib - YENİLƏNİB

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri başa çatıb

Kadri Simson: Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm

Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək VİDEO

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub VİDEO

Azərbaycanda aşağı yaş qrupları üçün voleybol akademiyasının yaradılması müzakirə olunub

Energetika naziri: Bizim istənilən qədər qaz rezervuarımız var VİDEO

Sumqayıtda qətl törədən şəxs intihara cəhd edib

Levan Davitaşvili: Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı Cənub Qaz Dəhlizinin imkanlarını daha da artırır

Kadri Simson: Avropa Azərbaycandan daha çox qaz almaq istəyir VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub YENİLƏNİB 2 VİDEO

“Qarabağ”ın legioneri: “Braqa” üzərində qələbə Azərbaycan futbolunu beynəlxalq arenada daha da tanıtdı

Kadri Simson: Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib VİDEO

Azərbaycanın enerji diplomatiyası regional inkişafa və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir

Səhiyyə Nazirliyi Laçında reproduktiv sağlamlıq mövzusuna həsr olunan maarifləndirici aksiya və konsultasiyalar təşkil edib

Üçqat dünya çempionu İlham Zəkiyev “Məktəbdə...” layihəsinin qonağı olub

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

“ASAN Məktub” sosial proqramı cari il bir sıra regionlar üzrə 374 uşağın arzusunu reallaşdırıb

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik

Ədəbiyyat Muzeyinin Aran regional filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Bakı metrosundakı problem aradan qaldırılıb  YENİLƏNİB