CƏMİYYƏT


® "Run Group" şirkəti və Təbiəti Mühafizə Cəmiyyətindən yeni ekoloji layihə

"Run Group"un şirkətinin dəstəyi və Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin təşkilatçılığı ilə Bakının Binəqədi rayonundakı Dendroloji parkın yenidənqurma və abadlaşdırma işlərinə başlanılıb.

"Run Group"un ekoloji layihələri çərçivəsində gerçəkləşən işlərin ilk mərhələsində Təbiəti Mühafizə Cəmiyyətinin balansında olan parkda ağacəkmə aksiyası keçirilib. Aksiyada "Run Group"un direktoru İranə Talışxanova və Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov da iştirak ediblər.

Aksiya nəticəsində 2016-cı ildə layihələndirilməsi həyata keçirilən parkda 500-ə yaxın ağac tingi əkilib. Onların arasında Eldar şamı, xan çinarı da daxil olmaqla "Qırmızı kitab"a düşən müxtəlif növ ağaclar var.

"Run Group" şirkəti artıq 5 ildir ki, Təbiəti Mühafizə Cəmiyyəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan təbiətini zənginləşdirmək, ekologiyasına töhfə vermək məqsədilə bir neçə ekoloji layihə həyata keçirilib. Bu əsasda mütəmadi şəkildə demək olar ki, hər ay Bakıda, həmçinin İmişli, Xaçmaz, Lənkəran və digər rayonlarda minlərlə müxtəlif növ ağac əkilir. Ümumilikdə "Run Group" şirkəti və Təbiəti Mühafizə Cəmiyyətinin birgə layihələri əsasında ölkə ərazisində əkilən ağacların sayı on minlərlədir.

Xatırladaq ki, Təbiəti Mühafizə Cəmiyyəti 1967-ci ildə görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, akademik Həsən Əliyev tərəfindən təsis edilib. Akademikin vəfatından sonra təşkilata Sabir İsrafilov rəhbərlik edib. 2017-ci ildən etibarən isə onun yolunu cəmiyyətə sədrlik edən Zurab İsrafilov davam etdirir.

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial, eləcə də ekoloji sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.