Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Silk Way Group” COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

®  “Silk Way Group” COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

“Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı mühüm infrastruktur layihəsini elan edib. Bu iddialı təşəbbüs qrupun əməliyyat imkanlarının genişləndirilməsi, inkişafın sürətləndirilməsi və zonanın strateji potensialından istifadə edərək biznes perspektivlərinin, habelə səmərəliliyin artırılması məqsədini daşıyır.

Yeni yük hava limanı “Silk Way Group”un regiondakı logistika və infrastruktur təşəbbüslərinə dəstək üçün yaradılmış qurum olan “Silk Way Alat Free Economic Zone” şirkəti vasitəsilə fəaliyyət göstərəcək. Bu korporativ yanaşma “Silk Way Group”un Ələt Azad İqtisadi Zonasının hədəflərinə uyğun mərhələli inkişafa olan sadiqliyini vurğulayır və layihənin Azərbaycanın milli iqtisadi inkişaf strategiyasına inteqrasiyasını təmin edir.

Layihə fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur. Bu hərtərəfli plan logistika sektorunun dinamik tələblərinə uyğun olaraq əməliyyatlarda uyğunluq və innovasiyanı əldə rəhbər tutur.

Layihənin əsas texnologiya tərəfdaşı olan “TKH Airport Solutions” şirkətinin çıxışı mərasim iştirakçıları tərəfindən böyük diqqətlə qarşılanıb. Şirkətin rəhbəri uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-ə xüsusi diqqət yetirərək, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Bununla şirkət COP29-un hədəfləri və dayanıqlı inkişaf məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.

Bu tərəfdaşlıq və layihənin iddialı miqyası “Silk Way Group” üçün yeni imkanlar yaradacaq və həm regionun, həm də bütövlükdə Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək.

Müasir logistika mərkəzi kimi nəzərdə tutulan hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Layihə yalnız ölkənin nəqliyyat imkanlarını genişləndirməklə kifayətlənməyəcək, eyni zamanda, ətraf bölgənin hərtərəfli iqtisadi inkişafına təkan verəcək. Bununla layihə yerli əhalinin yaşayış səviyyəsi və rifah halını yaxşılaşdıraraq ümumi sosial-iqtisadi inkişafa töhfə verməyi hədəfləyir. Ekoloji məsuliyyətə sadiq qalmaqla yeni obyektin tikintisində qabaqcıl dayanıqlı texnologiyalardan, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunacaq və yük hava limanı ekoloji cəhətdən təmiz infrastruktur nümunəsi kimi tanınacaq.

Yük hava limanının tikintisi 2026-cı ildə başa çatdıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə mühüm tranzit mərkəzinə çevriləcək. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək və bu ümumilikdə Azərbaycanın nəqliyyat və təchizat imkanlarını artıracaq.

“Silk Way Group”un prezidenti Zaur Axundov Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının yaradılmasını ölkə tarixində mühüm bir mərhələ adlandıraraq bunun artan yerli və qlobal yükdaşıma tələbatının effektiv şəkildə qarşılayacaq yeni imkanlara keçid olduğunu qeyd edib: “Bu təşəbbüs Orta Dəhlizdəki mövqeyimizi gücləndirməklə yanaşı, inkişaf üçün yeni yollar açır həm bizim biznesimiz, həm də dəyərli tərəfdaşlarımız və investorlarımız üçün ümidverici perspektivlər vəd edir".

Öz növbəsində, “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktoru Cavad Dbila da layihənin əhəmiyyətindən bəhs edərək yeni yük hava limanının Ələt Azad İqtisadi Zonasının əsas dayağı olacağını və Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun imkanları ilə bağlı hədəfləri reallaşdıracağını qeyd edib: “Rəsmi “Silk Way” qurumu olaraq dayanıqlı təcrübələrin və müasir infrastrukturun inteqrasiyasına, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşların cəlb edilməsinə və Azərbaycanın tranzit logistika mərkəzi kimi rolunun gücləndirilməsinə diqqət yetiririk. Bu layihənin regionumuzun iqtisadi mənzərəsinə təsirini və yaradacağı imkanları görməyi səbirsizliklə gözləyirik”.

“TKH Airport Solutions” şirkətinin baş direktoru Erik Velderman isə “Silk Way” tərəfindən yeni CAT III kateqoriyalı yük hava limanı üçün “TKH Airport Solutions” və CEDD Aerodrom İşıqlandırma texnologiyasına üstünlük verilməsindən məmnunluğunu ifadə edib: “Qabaqcıl aşağı voltajlı CEDD texnologiyamız hava limanı üçün mühüm enerji qənaətini təmin edir və hava limanı əməliyyatlarının davamlı transformasiyasını dəstəkləyir. Hava yükdaşımalarının ətraf mühitə təsirinin azaldılmasına töhfə verməyi səbirsizliklə gözləyirik”.

“Silk Way Group”

2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli “Silk Way Group” aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup fəaliyyətini təkmilləşdirərək əməliyyatlarını əsas üç törəmə müəssisəsinə yönəltdi: çoxyönlü yükdaşımalar təklif edən “Silk Way Airlines”, qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən “Silk Way West Airlines” və təyyarələrin təmir və texniki xidmətini təmin edən “Silk Way Technics”. Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

CEDD Aerodrom İşıqlandırma Sistemi

LED üçün nəzərdə tutulmuş CEDD ağıllı, təhlükəsiz və dayanıqlı aerodrom işıqlandırma sistemidir. Enerji və məlumat ötürülməsi tək bir kabel vasitəsilə həyata keçirilir. İşıqlandırma qurğuları induksiya yolu ilə enerji və məlumat alır ki, bu da sahədə transformator və qoşuculara ehtiyacı aradan qaldırır. Lampalar elektrik təması olmadan asanlıqla və təhlükəsiz şəkildə quraşdırıla və ya dəyişdirilə bilər. CEDD lampaları fərdi qaydada idarə oluna bildiyi üçün aerodrom işıqlandırmasının idarə olunmasında daha böyük çeviklik təmin edir. Bu, sistemi “Yaşıl işıqları izlə” tipli tətbiqlər üçün uyğundur. Adi LED AGL sistemləri ilə müqayisədə 70 faizədək az enerji sərf edən CEDD aerodromun ətraf mühitə təsirini azaldır.

“TKH Airport Solutions”

“TKH Airport Solutions” ağıllı aerodrom işıqlandırma (AGL) sistemlərini inkişaf və istehsal edir. Şirkət AGL və rabitə texnologiyaları sahəsində uzunmüddətli və uğurlu inkişaf ənənəsindən əldə etdiyi təcrübəyə əsaslanır. “TKH Airport Solutions” mövcud LED işıqlandırma məhsul çeşidinə yeni CEDD AGL texnologiyasını əlavə edib. Bu ağıllı və davamlı həll AGL infrastrukturunun səmərəliliyini, təhlükəsizliyini və etibarlılığını artırır. CEDD AGL sistemi ilə şirkət müasir hava limanı ehtiyaclarını yeni uçuş-enmə zolağı işıqlandırma texnologiyaları ilə təbii şəkildə inteqrasiya edir. “TKH Airport Solutions” Niderlandın “TKH Group NV” qrupuna aid şirkətlərdən biridir. Şirkət “TKH Group”-un bir hissəsi olaraq ağıllı rabitə, enerji paylanması və AGL sahəsində 90 ildən artıq təcrübədən istifadə edir. “TKH Airport Solutions” haqqında daha ətraflı məlumat üçün www.tkh-airportsolutions.com səhifəsinə daxil olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda dinc dövrdə hərbi xidmətdən azadolma halları müəyyənləşir

İntellektual e-kitabxanaların səmərəli idarə edilməsində tövsiyə sistemlərinin tətbiqi məsələləri araşdırılır

Azərbaycanda təhsilə görə hərbi xidmətdən möhlət şərtləri dəyişdirilir

DÇ-2026: Futbol üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

Qusar şəhəri 6 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüş olub

Vladimir Putin Moskvada Nikol Paşinyanla görüşməyi planlaşdırmır

Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB FOTO VİDEO

Azərbaycanda hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

Energetika naziri Lənkəranda vətəndaşlarla görüşüb

Boccia idman növü üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilib

Nazir müavini Qusarda vətəndaşların müraciətlərini dinləyib

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Azərbaycanda hərbi çağırışçılarla bağlı məlumatların gecikdirilməsinə görə cərimələr artırılır

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb

Nazir Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Rusiyalı senator: Heydər Əliyev arzu edirdi ki, Azərbaycanın bütün ərazisi azad olsun

Dövlət Xidmətinin rəisi Gəncədə vətəndaşların müraciətlərini dinləyib

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdimetmə müddəti dəyişdirilir

AzMİU “UI GreenMetric” reytinq sistemində nüfuzlu yerdə qərarlaşıb

Papa Fransisk Korsika adasına apostol səfərinə gedir

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

Zelenski: Ukrayna ərazisinə 93 raket və 200-ə yaxın dronla kütləvi hava hücumu olub

“Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun növbəti iclası keçirilib

Qubada vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qaxda vətəndaşlarla görüşüb

Kanada ABŞ-a ixrac olunan neft və urana vergi tətbiq edə bilər

İrlandiya Parlamentinin spikeri: Azərbaycanla diplomatik və iqtisadi əlaqələrimiz güclənir - EKSKLÜZİV

Monqolustanın şimal-qərbində 42 dərəcə şaxta qeydə alınıb

Filarmoniyada “Üç gözəlin bir arzusu” adlı konsert təşkil olunacaq

İsrail Prezidenti ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri ilə görüşüb

UNESCO: Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir

Azərbaycan millisinin futzalçısı: İsveç yığmasının hücum və müdafiə xəttində problemlər var

Jurnalistlər Özünüməşğulluq proqramı çərçivəsində Füzuli sakinləri üçün yaradılan təsərrüfatlarda olublar

Çingiz Hüseynzadə: Digər ölkələr təhlükəsiz idman sahəsində Azərbaycanın təcrübəsindən yararlanır

Qadınlardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib

Azərbaycanın Dublindəki fəxri konsulunun təqdimatı münasibətilə təntənəli mərasim təşkil olunub VİDEO

Azərbaycan məktəbliləri Buxarestdə beynəlxalq olimpiadada uğur qazanıblar

AYNA 8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağına vaxt bildirən yol nişanı quraşdırıb

Banqladeşdə Denge qızdırması 541 nəfərin həyatına son qoyub

UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfrans başlayıb VİDEO

® “Birbank” və AZAL-dan sərhədsiz səyahət imkanı

İqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin rolu - ARAŞDIRMA

Nazir: Turnirin populyarlığı artır, dövlət qurumları böyük məmnuniyyətlə yarışa qatılırlar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Imperial Springs” Beynəlxalq Forumunda iştirak edib

Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək

Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib VİDEO

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Qax Dövlət Kukla Teatrı uşaqlar üçün əyləncəli bayram proqramı hazırlayır

Veteran futbolçu: İnanıram ki, yenidən Göyçə gölünün sahilində dincələcək, buz kimi bulaqlardan su içəcəyik

Parlament bir sıra qanunlara dəyişikliyi birinci oxunuşda təsdiqləyib

Azərbaycanda yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyən edilir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

GDU-nun nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir

Almaniyada bir sıra şirkətlər elektrik enerjisi qiymətlərinin bahalığı ilə əlaqədar istehsalı dayandırır

® HUAWEI Dubayda keçirilən “Unfold the Classic” təqdimatında qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirib

Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub

SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Şəhərsalma məcəlləsinə dəyişiklik elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını dəstəkləyir

Murad Musayev “Sabah” klubunun qonağı olub

Bakıda II Təhlükəsiz İdman Forumu keçirilib

Monako “Dünya İdman Paytaxtı” seçilib

COP29-da iştirak edən CAR nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təşkilatçılıq təcrübəsi digər dövlətlər üçün nümunədir

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması üçün bir sıra sənədlərə dəyişiklik edilir

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb

Avropa İttifaqı dron ordusu formalaşdıra bilər

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib

ABŞ-da Maskın “Neuralink” şirkətinə qarşı araşdırma başlayıb

84 yaşlı keçmiş məcburi köçkün: Şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu

Estoniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 14-də bəzi ərazilərdə sulu qar və qar yağacaq

Füzulidə ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar tibbi müayinə keçirilib

Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY

Moskvada Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi anılıb VİDEO

Macarıstanın XİN başçısı Qərbin Gürcüstanla bağlı münasibətini tənqid edib

Xocalıya köçən sakin: Duyğularımı sözlə ifadə edə bilmirəm

Körfəz ölkələrinin turizm şirkətləri üçün tanışlıq səfəri təşkil olunub

Naxçıvanda vergi ödəyicilərinin sayı 13 faizdən çox artıb

Bu il dövlət qeydiyyatından keçən kommersiya qurumlarının 11 faizə qədəri xarici investisiyalı olub

® “The Banker” ABB-ni bu il də “İlin bankı” elan edib!

Ali Məhkəmə kommunal xidmətlərlə əlaqədar yaranan borcla bağlı mühüm qərar verib

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 11 faiz artıb

Xurma bağlarının hər hektarına görə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək

Azərbaycan millisinin futzalçısı: Xalqımızı yaxşı nəticə ilə sevindirmək istəyirik

İstanbulda “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçiriləcək

DVX: Naxçıvan vergi orqanlarına daxil olmuş müraciətlərin 95 faizdən çoxu həll edilib

Filippində Kanlaon vulkanının püskürməsindən sonra 45 mindən çox insan təxliyə olunub

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan futzal millisinin baş məşqçisi: İsveçlə oyuna qələbə üçün çıxacağıq

Azərbaycan futzal millisi İsveçlə oyuna hazırlaşır - FOTOLAR

Ötən ay Dövlət Vergi Xidmətinin aparatında 80 vətəndaşın müraciəti dinlənilib

“İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılışı olub

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 7 faizədək artıb

"ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində

Bakının ev sahibliyi edəcəyi badminton üzrə Avropa çempionatının iştirakçı ölkələri açıqlanıb

İordaniyada yaşlılara qulluq mərkəzində baş verən yanğında 6 nəfər ölüb

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsində 25 komanda ilə təmsil olunur

Si Cinpin Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək

Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib