® Uzman uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda böyrək və sidik çıxarıcı sistemin daşlarına yanaşma” mövzusunda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi uzman uşaq cərrahı Vüsal Cəfərov aprelin 16-da saat 16:00-da “Uşaqlarda böyrək və sidik çıxarıcı sistemin daşlarına yanaşma” mövzusunda canlı yayımda çıxış edəcək. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən yayımlanacaq.
✅ Uşaqlarda rast gəlinən böyrək daşları niyə yaranır?
✅ Hansı əlamətlərə diqqət etmək lazımdır?
✅ Valideynlər nə zaman həkimə müraciət etməlidir?
✅ Müasir müalicə üsulları hansılardır?
Bu və bir çox digər önəmli sualların cavablarını canlı yayımda əldə edə bilərsiniz. Suallarınızı əvvəlcədən və ya canlı yayım zamanı ünvanlaya bilərsiniz. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür. Övladınızın sağlamlığına dair önəmli məlumatları birbaşa mütəxəssisindən öyrənin.
Qeyd edək ki, Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq cərrahiyyəsi və uşaq urologiyası bölməsində uzmanlıq təhsili alıb.
Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı işləyir. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.
Uzman cərrah dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Onun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 2019-cu il oktyabrın 12-də “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının onlayn versiyasında ingilis dilində dərc edilib. O, Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür.
Həmçinin Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi uzman uşaq cərrahı Vüsal Cəfərovun müxtəlif mövzularda canlı yayımlarını Mərkəzi Gömrük Hospitalının rəsmi yutub kanalında izləmək olar. https://www.youtube.com/watch?v=dSFOwScN2nM
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova