Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"2004-CÜ İL İYUNUN 16-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLIYYƏ NAZİRLİYİ VƏ İRAN İSLAM RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM"UN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. "2004-cü il iyunun 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İran İslam Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası tərəfini xəbərdar etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin