Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASI ƏDLIYYƏ NAZIRLIYININ HÜQUQI ŞƏXSLƏRIN DÖVLƏT QEYDIYYATI ÜZRƏ BÖLGƏ ŞÖBƏLƏRININ YARADILMASI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 1997-CI IL 11 YANVAR TARIXLI 535 NÖMRƏLI FƏRMANINDA DƏYIŞIKLIKLƏR EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 132.3-cü maddəsinin tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin yaradılması haqqında" Azərbaycan Respublikası prezidentinin 1997-ci il 11 yanvar tarixli 535 nömrəli fərmanının 5-ci bəndi aşağıdakı redaksiyada verilsin;

"5. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsis ediləcək qəzetdə dərc edilsin. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatların dərc edilməsi işinin təşkili üçün bu fərmanın 2-ci bəndində göstərilən ştat vahidlərindən istifadə edə bilər".

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin