Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASI MÜLKI MƏCƏLLƏSININ TƏSDIQ EDILMƏSI, QÜVVƏYƏ MINMƏSI VƏ BUNUNLA BAĞLI HÜQUQI TƏNZIMLƏMƏ MƏSƏLƏLƏRI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 2000-CI IL 25 AVQUST TARIXLI 386 SAYLI FƏRMANININ ICRASININ TƏMIN EDILMƏSI ILƏ ƏLAQƏDAR BƏZI TƏDBIRLƏR HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 saylı Fərmanının 2-ci bəndinin üçüncü və dördüncü abzaslarının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Bütün qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib edilməsi və aparılması" Qaydaları təsdiq edilsin (əlavə olunur-Əlavə I).

2. "Qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestri, onun tərtib edilməsi və aparılması" Qaydaları təsdiq edilsin (əlavə olunur-Əlavə II).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

27 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin