Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanunununtətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 595 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 703) ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Müəyyən edilsin ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində, 4-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yolları və həmin yolların təhkim zolağında yerləşdirilən reklam lövhələri, məlumat işarələri və göstəricilər (yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmayan məlumat işarələri və göstəricilər) üzrə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, dövlət mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamı üzrə yerli icra hakimiyyəti orqanları (şəhər rayonlarının icra hakimiyyəti orqanları istisna olmaqla) həyata keçirirlər.".

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, "10" avqust 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin