Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"MƏHKƏMƏLƏR VƏ HAKIMLƏR HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununaəlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: - qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;- öz səlahiyyətləri daxilində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.2. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir. Heydər Əliyev,Azərbaycan Respublikasının Prezidenti.Bakı şəhəri, 30 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin